Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivami Rəhimli: 20 Sentyabr - Enerji gücündən dövlət suverenliyinə uzanan yol

Qivami Rəhimli: 20 Sentyabr - Enerji gücündən dövlət suverenliyinə uzanan yol

Bakı, 21 sentyabr, AZƏRTAC

“Əsrin müqaviləsi”nin reallaşdırılmasında iştirak edən bp şirkətində çalışan ilk azərbaycanlı mütəxəssislərdən biri, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Qivami Rəhimli Azərbaycanın enerji strategiyasının formalaşması, ölkənin qlobal enerji xəritəsində mövqeyinin möhkəmlənməsi, eləcə də dövlət suverenliyinin təmin edilməsi ilə bağlı bir-birini tamamlayan mühüm tarixi hadisələrə həsr etdiyi məqaləni AZƏRTAC-la bölüşüb.

Məqaləni təqdim edirik:

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Avropa ilə Asiyanın qovuşuğunda yerləşən, mühüm geostrateji mövqeyə malik və müxtəlif regional qüvvələrin güclü iqtisadi və siyasi maraqlarının kəsişdiyi Azərbaycan mühüm geosiyasi məkana çevrildi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə dünyanın aparıcı neft-qaz şirkətlərinin, xüsusilə ABŞ, Böyük Britaniya, Norveç, Fransa və Yaponiyanın diqqətini cəlb etməyə başladı. Böyük Britaniyanın aparıcı enerji şirkəti bp də artıq regionun neft-qaz potensialını və burada fəaliyyət imkanlarını araşdırırdı.

1992-ci ilin sentyabrında bp-nin Kəşfiyyat və Hasilat bölməsinin rəhbəri John Browne ilə birlikdə Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçer Bakıya səfər etdi. bp həmin dövrdə Xəzərdə böyük gəlir vəd edən neft-qaz layihələrində iştirak etməyə ciddi maraq göstərirdi.

“Dəmir ledi” kimi tanınan Marqaret Tetçer XX əsrin dünyanın ən nüfuzlu siyasi liderlərindən biri hesab olunurdu. O, Böyük Britaniyanın ilk qadın Baş naziri olmaqla yanaşı, XX əsrdə ölkəyə ən uzun müddət rəhbərlik etmiş Baş nazir idi.

Bu, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana Qərbin belə yüksəksəviyyəli siyasi xadiminin ilk səfəri idi. Bakı səfəri zamanı Baronessa Tetçer Azərbaycan Respublikası hökuməti ilə bp arasında “Çıraq” neft və “Şahdəniz” qaz yataqlarında kəşfiyyat işlərinin aparılmasına dair ilkin sazişin imzalanması mərasimində iştirak etdi.

Marqaret Tetçer kimi dünya miqyasında tanınan və nüfuzlu siyasi xadimin Azərbaycana səfəri ölkədə baş verən dəyişikliklərə beynəlxalq diqqətin daha da artmasına, eyni zamanda, xarici şirkətlərin və beynəlxalq biznes dairələrinin Azərbaycana marağının güclənməsinə mühüm təsir göstərdi. Bununla belə, həmin dövrdə ölkə hələ də ciddi siyasi və iqtisadi qeyri-sabitlik şəraitində idi.

Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində aparılan müharibə, iqtisadiyyatın dərin tənəzzülü və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı ağır sınaqlarla üz-üzə qoymuşdu. Belə mürəkkəb və qeyri-sabit şərait ölkədə biznes fəaliyyəti göstərmək istəyən xarici investorlar üçün də ciddi risklər yaradırdı.

Məhz belə keşməkeşli bir dövrdə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın daxili və xarici siyasətində mühüm dönüş yaratdı. Onun həyata keçirdiyi praqmatik və çoxvektorlu xarici siyasət müxtəlif geosiyasi güc mərkəzləri arasında balansın qorunmasına, ABŞ və Avropa İttifaqı kimi Qərb tərəfdaşları ilə yanaşı, Rusiya və İran kimi regional güclərlə də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmişdi. Beləliklə, Azərbaycan özünün əsas qlobal və regional tərəfdaşları ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında balanslaşdırmağa çalışırdı.

Ümummilli Lider Heydər Əliyev həm xaricdən gələn təzyiqlərin, həm də ölkə daxilində mövcud olan siyasi və digər maneələrin aradan qaldıraraq beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq üçün ictimai-siyasi sabitliyə nail oldu.

1994-cü ildə Xəzərin “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının işlənməsi üçün “Əsrin müqaviləsi” adı ilə tarixə düşən saziş imzalandı. Saziş çərçivəsində ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanını təmsil edən 11 xarici neft şirkəti layihəyə cəlb olundu. Bu, misli görünməmiş çoxmilyard dollarlıq hasilatın pay bölgüsü sazişi və keçmiş Sovet İttifaqında imzalanmış ən böyük müqavilə idi.

Ulu Öndər Heydər Əliyev sonralar mətbuata verdiyi müsahibələrin birində bu prosesin mürəkkəbliyini xüsusi vurğulayaraq qeyd edirdi: “Bu müqaviləyə nail olmaq heç də asan olmayıb. Üç il davam edən danışıqlar həm daxili, həm də xarici amillərin təsiri ilə dəfələrlə yarımçıq qalıb. Səhvlərə yol verilib. Elə məqamlar olub ki, Azərbaycanın milli maraqları lazımi səviyyədə nəzərə alınmayıb və təmin edilməyib. Məhz buna görə mən şəxsən danışıqların ikinci mərhələsinə nəzarəti öz üzərimə götürdüm və bununla bağlı Prezident fərmanı imzaladım. Biz bütün tərəflərin qarşılıqlı maraqlarına cavab verən bir müqavilə istəyirdik və hesab edirəm ki, buna nail olmuşuq. Axı Azərbaycanın milli maraqları bu son dərəcə mühüm və tarixi sazişin uğurla həyata keçirilməsi ilə birbaşa bağlıdır”.

Uzun illər (1995–2007) bp şirkətinin baş icraçı direktoru olmuş Lord John Browne “Əsrin müqaviləsi”nin imzalandığı mürəkkəb dövrü xatırlayaraq qeyd edirdi ki, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi sayəsində investisiya qoyuluşu qarşısındakı mövcud risklər aradan qaldırılmış və nəticədə bu mühüm müqavilənin imzalanmasına şərait yaranmışdı.

Ulu Öndərin bp şirkətinin baş icraçı direktoru Lord John Browne ilə görüşü

Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda siyasi sabitliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin edilməsi və əhalinin rifahının yüksəldilməsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə də mühüm təsir göstərə bilər. Dövlət və hökumət başçıları, eləcə də beynəlxalq neft şirkətlərinin yüksəksəviyyəli nümayəndələri ilə keçirdiyi görüşlərdə o, Azərbaycan xalqının münaqişəyə son qoyulmasında maraqlı olduğunu və Azərbaycan hökumətinin bu məsələdə prinsipial mövqeyini dəfələrlə vurğulayırdı.

1994-cü il sentyabrın 26-da Nyu-Yorkda ABŞ Prezidenti Bill Klinton ilə keçirdiyi görüş zamanı Ulu Öndər Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın mövqeyini açıqlayaraq, bir sıra fundamental məsələlərdə güzəştə getməyəcəyini bildirdi. Bu mövqenin əsasını Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmasının təmin edilməsi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi təşkil edirdi.

Ümummilli Lider Heydər Əliyevin ABŞ Prezidenti Bill Klintonla görüşləri

Bunun ardınca Nyu-Yorkda BMT-nin Baş katibi Butros Qali, eləcə də Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə və İranın xarici işlər nazirləri ilə keçirdiyi görüşlərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın üzləşdiyi vəziyyəti, Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilər məsələsini və münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın əməkdaşlığa hazır olduğunu ətraflı izah edirdi.

Ümummilli Lider Heydər Əliyev postsovet məkanının digər liderlərindən fərqli olaraq, Azərbaycanın sovet dövründən miras qalmış iqtisadi səmərəsizlikdən xilas olaraq davamlı inkişaf yoluna qədəm qoyması üçün xarici investisiyaların cəlb edilməsinin əhəmiyyətini daha aydın görürdü.

Bu uğurun əsas amillərindən biri Ulu Öndər Heydər Əliyevin xarici investorların əlverişli hüquqi və biznes mühitinə ehtiyac duyduğunu düzgün qiymətləndirməsi idi.

Müstəqilliyin möhkəmləndirilməsi və ölkənin iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökuməti maliyyə institutlarının – Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), İxrac Kredit Agentliklərinin (ECA) və digər nüfuzlu qurumların rəhbərlərinin, eləcə də yüksəksəviyyəli xarici qonaqların bp-nin operatoru olduğu Səngəçal neft-qaz terminalına səfərlərinin təşkilinə xüsusi önəm verirdi.

Bu səfərlər görülən işləri yerində nümayiş etdirmək, əldə olunan nəticələri əyani şəkildə göstərmək və müvafiq mesajları birbaşa çatdırmaq baxımından ən səmərəli vasitələrdən biri idi. Belə səfərlər yeni layihələrin həyata keçirilməsinə dəstəyin gücləndirilməsinə, Azərbaycanın enerji sektorunda yaradılmış imkanların daha geniş auditoriyaya çatdırılmasına və xarici investisiyaların ölkəyə cəlb edilməsinə mühüm töhfə verirdi.

Böyük Britaniya kral ailəsinin üzvü Kent şahzadəsi Mayklın (Prince Michael of Kent) 2004-cü ilin fevralında Azərbaycana səfəri bu baxımdan yaddaqalan hadisələrdən biri oldu.

Böyük Britaniya kral ailəsinin üzvü Kent şahzadəsi Mayklın Səngəçal səfəri

Səfər çərçivəsində Kent şahzadəsi Mayklın AÇG layihəsinin genişləndirilməsi ilə əlaqədar Səngəçal terminalında aparılan tikinti işləri ilə tanış olması da nəzərdə tutulmuşdu.

Kent şahzadəsi Maykla biznes fəaliyyəti ilə bağlı edilmiş təqdimat belə mürəkkəb bir obyektin və regionun enerji təhlükəsizliyində mühüm rol oynayan boru kəməri əməliyyatlarının necə idarə edildiyi barədə geniş təəssürat yaratdı. Tikinti sahəsinə və BTC-nin əsas nasos stansiyasına təşkil olunan səfər Şahzadəyə terminalda görülən genişmiqyaslı işləri və əldə olunan mühüm irəliləyişləri əyani şəkildə görmək imkanı verdi.

Daha sonra Kent şahzadəsi Maykl yeni inşa edilmiş təlim mərkəzində region üçün ən qabaqcıl texnologiyalardan hesab olunan iki mühüm qurğu – qazma simulyatoru və əməliyyatlar üzrə təlim qurğusu ilə tanış oldu.

Şahzadə Maykl qazma simulyatorunda təlimçilə əməliyyat prosesini sınaqdan keçirərkən

Kent şahzadəsi Maykl səfərdən sonra mediaya verdiyi açıqlamalarda gördüklərini yüksək qiymətləndirərək, həyata keçirilən nəhəng layihələrin yalnız Azərbaycan deyil, bütövlükdə region üçün böyük potensiala və əhəmiyyətə malik olduğunu vurğuladı. Onun bu fikirləri Azərbaycanın enerji layihələrinin regional əhəmiyyətini diqqətə çatdıran mühüm mesaj kimi yadda qaldı.

Kent şahzadəsi Mayklın mediaya açıqlamaları

Azərbaycanın neft potensialının düzgün istiqamətləndirilməsi, qlobal güclər və güclü qonşular arasında maraqların incəliklə tarazlaşdırılması nəticəsində ölkəyə gələcək neft gəlirini dərin strateji düşüncə ilə məhz Ulu Öndər Heydər Əliyev müəyyənləşdirmişdi. “Çıraq” yatağından hasil olunan ilkin neft bu uzaqgörən siyasətin canlı təcəssümünə çevrildi. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyatlardan biri kimi tarixə düşdü.

“Əsrin müqaviləsi”in ən çətin məqamlardan biri AÇG yataqlarından hasil olunan neftin sürətlə artan həcmlərinin dünya bazarlarına çatdırılması məsələsi idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan neftini dünya bazarlarına çıxarmaq üçün əsas ixrac neft kəmərini Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına qədər uzadılmasını təklif etmişdi. Lakin ABƏŞ-in bir çox səhmdar şirkətləri buna qarşı çıxaraq Rusiyanın maraqlarına uyğun olan şimal marşrutunu, digərləri Gürcüstan ərazisindən keçən qərb marşrutunu və ya İran ərazisindən keçən, daha ucuz başa gələn cənub marşrutu kimi beynəlxalq satış istiqamətlərini təklif edirdilər.

Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində təkid etdiyi yeganə variant olan Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu barədə belə demişdi: “... Bakı-Tbilisi-Ceyhan nəqliyyat marşrutuna qarşı çıxan insanlar var idi... Onlar Azərbaycana qarşı maneələr yaradırdılar... Bizi çox böyük təzyiqlərə məruz qoyurdular... Amma biz qətiyyətimizi nümayiş etdirərək öz yolumuzdan dönmədik”.

Ulu Öndər Heydər Əliyev hətta Bakı-Ceyhan əsas boru kəməri marşrutunun Ermənistan ərazisindən keçməklə Aralıq dənizində Ceyhan limanına nəql olunmasının mümkünlüyünü də bildirmişdi. Bu Qarabağ münaqişəsini sülh yolu ilə həlli və Azərbaycanın ərazi bütovlüyünün bərpasından sonra həyata keçə bilərdi.

BTC boru kəməri layihəsinin arxasında dayanan strateji baxış son dərəcə iddialı idi; bu təşəbbüs biznes, siyasət və texnologiyanın mürəkkəb vəhdətini, eyni zamanda, kompleks şəkildə əlaqələndirilmiş fəaliyyət tələb edirdi. Əgər belə bir boru kəməri Aralıq dənizinə qədər uzadıla bilsəydi, Qərbin neftə artan böyük tələbatı üçün etibarlı və alternativ bir enerji təchizatı mənbəyi formalaşdırılacaqdı.

2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial, mədəni infrastrukturların yaradılmasına, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldildi. Azərbaycan əldə etdiyi maliyyə gəlirlərini, eyni zamanda, işğal altında olan torpaqları azad etmək üçün ölkənin hərbi qüdrətinin mökəmləndirilməsinə sərf edirdi.

Bu proseslərin nəticələri Azərbaycanın sonrakı tarixində özünü aydın şəkildə göstərdi. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ torpaqlarını işğalından azad edərək beynəlxalq səviyyədə tanınan öz ərazi bütövlüyünü bərpa etdi.

“Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi”, - deyən Prezident İlham Əliyev Azərbaycanın yeni tarixini yazdı.

2023-cü il sentyabrın 20-də Qarabağda antiterror tədbirlərinin başa çatması ilə Azərbaycan hakimiyyətinin bütün ölkə ərazisində suverenliyin təmin edildiyini elan etdiyi yeni mərhələ başladı. Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu tarixin “Əsrin müqaviləsi”nin imzalandığı 20 sentyabrla üst-üstə düşməsi xüsusilə diqqətəlayiq simvolik məna daşıyır.

Bütün bunlar Ermənistan və Azərbaycan arasında bölgədə davamlı sülhün təmin olunmasından ötrü razılaşdırılmış sülh sazişi üçün geniş imkanlar yaradır ki, bu da Ulu Öndər Heydər Əliyevin dövlət strategiyasına uyğun olaraq regionun bütün ölkələri üçün qarşılıqlı faydalı münasibətlərin yaranmasına imkan açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb