İspaniya yığmasında ciddi itki: Millətlər Liqasının oyunlarını buraxacaq
Bakı, 21 sentyabr, AZƏRTAC
İngiltərənin “Tottenhem” klubunun və İspaniya milli komandasının müdafiəçisi Pedro Porro zədə səbəbindən UEFA Millətlər Liqasının qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.
AZƏRTAC İspaniya Kral Futbol Federasiyasına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Premyer Liqanın son turunda “Aston Villa”ya qarşı keçirilən görüşdə zədələnib. O, qarşılaşmanın 19-cu dəqiqəsində əvəzlənib.
Baş məşqçi Luis de la Fuente Porronun əvəzinə Portuqaliyanın “Sportinq” komandasının 21 yaşlı müdafiəçisi İvan Fresnedanı heyətə cəlb edib. Gənc futbolçu İspaniyanın U-21 millisində 4 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniya millisi UEFA Millətlər Liqasının qrup mərhələsində İngiltərə, Xorvatiya və Çexiya yığmaları ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]
“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq
- 14.10.2026 [10:13]