HAMBURQ LİMANINDA İKİ TANKERİN TOQQUŞMASINƏTİCƏSİNDƏ EKOLOJİ FƏLAKƏT BAŞ VERMİŞDİR

30.06.2004 [15:46]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 28-dən 29-a keçən gecə Almaniyanın Hamburq limanında ağır yüklü iki tankerin toqquşması nəticəsində gəmilərdən biri ciddi zədələnərək batmışdır.
Yerli mətbuatın və polisin ...

PARİS GÖMRÜKÇÜLƏRİ 16 KİLOQRAM TİRYƏK TUTMUŞLAR

30.06.2004 [13:38]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Parisin gömrük xidmətinin işçiləri paytaxtın Nor dəmir yolu vağzalında Paris-Roterdam istiqamətində hərəkət edən sürət qatarının sərnişinlərinin birində 16 kiloqram tiryək aşkar etmişlər.
...

“HİZBURT-TƏHRİR” REGİONDA FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR

30.06.2004 [11:17]
Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda qadağan olunmuş “Hizbut-Təhrir” dini təşkilatı regionda öz fəaliyyətini genişləndirir.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Qırğızıstan hökumətinin bu məsələ ilə bağlı keçirilən iclasında ...

“AZƏRBAYCAN” ANSAMBLI BAYRAM KONSERTİNDƏ ÇIXIŞ ETMİŞDİR

29.06.2004 [20:47]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 28-də Kiyevdə şəhər Dövlət icra hakimiyyətinin binası qarşısında Ukraynanın Konstitusiya gününə həsr olunmuş böyük konsert olmuşdur.
Bayram konsertində Ukrayna incəsənətinin ulduzları ...

ABŞ VƏ İRAQ DİPLOMATİK MÜNASİBƏTLƏRİ BƏRPA ETMİŞLƏR

29.06.2004 [16:50]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, ABŞ və İraq iyunun 28-də diplomatik münasibətləri bərpa etmişlər. Bu münasibətlər İraqın Küveytə hücumundan sonra pozulmuşdu. ABŞ-ın Bağdaddakı səfirliyinin rəsmi məlumatında deyilir ki, ...

ABŞ VƏ LİVİYA 24 İLDƏN SONRA DİPLOMATİK MÜNASİBƏTLƏRİ BƏRPA ETMİŞLƏR

29.06.2004 [15:54]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, iyunun 28-də ABŞ və Liviya 24 illik fasilədən sonra rəsmi diplomatik münasibətləri bərpa etmişlər. ABŞ-ın Tripolidə yenidən yaradılmış diplomatik nümayəndəliyinin bəyanatında deyilir ...

NEFERTİTİ VƏTƏNİNƏ QAYIDIR

29.06.2004 [15:31]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki,dünya mədəni irsinin ən nadir sənət incilərindən biri olan 3300 yaşlı Nefertiti büstü 92 il qürbət və qəriblikdən sonra nəhayət vətəni Misirə qayıdır. O, ...

YAPONİYANIN DÖVLƏT BORCU REKORD SƏVİYYƏYƏ ÇATMIŞDIR

29.06.2004 [13:43]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Yaponiyanın dövlət borcu ilk dəfə olaraq, 700 trilyon yeni keçərək, rekord həddə çatmışdır. Maliyyə Nazirliyinin bu günlərdə yaydığı məlumatda deyilir ki, martın 31-ə ...

SKANDİNAVİYADA ƏN BÖYÜK MƏSCİD UCALDILACAQ

29.06.2004 [13:42]
AzərTAc xəbər verir ki, Norveçin Aftenposten agentliyinin yaydığı məlumata görə, bu günlərdə Skandinaviyada ən böyük məscidin tikintisinə başlanmışdır. Norveçin paytaxtı Osloda yerləşəcək məbəddə, eyni vaxtda, 2500 adam ibadət edə ...

QIRĞIZISTAN DİNİ ƏDƏBİYYATA SENZURA QOYMAQ NİYYƏTİNDƏDİR

29.06.2004 [13:42]
AzərTAc-ın verdiyi məlumata görə, Qırğızıstanın Baş naziri Nikolay Tanayev bildirmişdir ki, bu yaxınlarda ölkədə dövlət dinşünaslıq ekspertizası Şurası yaradılacaqdır. Onun sözlərinə görə, Şuranın əsas vəzifəsi xaricdən Qırğızıstana daxil olan ...

PAKİSTANDA HAKİM PARTİYANIN LİDERİ ÇOUDRİ ŞÜCƏT HÜSEYN BAŞ NAZİR TƏYİN EDİLMİŞDİR

29.06.2004 [13:42]
AzərTAc-ın İslamabaddan aldığı xəbərə görə, Pakistanın Müsəlman Liqası hakim partiyasının lideri Çoudri Şücət Hüseyn Ölkənin yeni Baş naziri olmuşdur. O, sələfi Mir Zəfərulla Xan Camali istefa ərizəsi verdikdən sonra ...

SERBİYADA PREZİDENT SEÇKİLƏRİ BAŞ TUTMUŞDUR

29.06.2004 [13:41]
AzərTAc xəbər verir ki, Serbiyada prezident seçkilərinin ikinci turu Demokrat Partiyasının sədri Boris Tadiçin qələbəsi ilə başa çatmışdır. O, seçici səslərinin 48 faizini toplamışdır.
Tadiçin rəqibi Tomislav Nikoliç ...

İSLANDİYADA PREZİDENT SEÇKİLƏRİNDƏ İNDİKİ DÖVLƏT BAŞÇISI QALİB GƏLMİŞDİR

29.06.2004 [13:41]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İslandiyada keçirilən prezident seçkilərində indiki dövlət başçısı Olavur Raqnar Qrimsson qalib gəlmişdir. İlkin məlmutda bildirilir ki, o, səslərin 85 faizini toplamışdır. Beləliklə, 61 ...

ÖLDÜRÜLƏN CƏNUBİ KOREYALI GİROV İRAQLI QIZLA EVLƏNMƏK İSTƏYİRMİŞ

29.06.2004 [13:41]
AzərTAc-ın Röyter agentliyindən aldığı xəbərdə deyilir ki, Cənubi koreyalı girov oğurlanandan əvvəl iraqlı bir qızla evlənmək istəyirmiş.
Onun dostu müsahibəsində bildirmişdir ki, “Kim Sun İr mənə məktubunda iraqlı ...

C.BUŞ TÜRKİYƏYƏ AVROPA BİRLİYİNƏ DAXİL OLMAQDA KÖMƏK GÖSTƏRƏCƏYİNİ VƏD EDİR

29.06.2004 [13:01]
AzərTAc-ın Ankaradan aldığı xəbərə görə, ABŞ Prezidenti Corc Buş Türkiyənin Avropa Birliyinə mümkün qədər tez üzv olması üçün əlindən gələn köməyi əsirgəməyəcəyini vəd etmişdir.
Ağ evin başçısı bunu ...

GÜRCÜSTAN PREZİDENTİ TÜRKİYƏNİN BAŞ NAZİRİNİ VƏ İŞ ADAMLARINI BATUMİYƏ DƏVƏT ETMİŞDİR

29.06.2004 [12:49]
AzərTAc-ın İstanbuldan aldığı xəbərdə deyilir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin dəvəti ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Batumiyə gələcəkdir. Acarıstana səfər zamanı Ərdoğanı Türkiyənin 100-dən artıq ...

BOSNİYADA SÜLHÜN QORUNMASI VƏZİFƏSİ AVROPA BİRLİYİNİN İXTİYARINA VERİLƏCƏK

29.06.2004 [12:31]
AzərTAc-ın İstanbuldan aldığı xəbərdə deyilir ki, NATO ölkələrinin liderləri Bosniyada sülhün qorunması vəzifəsinin Avropa Birliyinin ixtiyarına verilməsi barədə qərarı bəyənmişlər. Həmin qərara əsasən, sabitləşdirmə qüvvələri (SFOR) cari ilin sonunadək ...

İRAQDA HAKİMİYYƏT ÖLKƏ HÖKUMƏTİNƏ VERİLDİ

29.06.2004 [12:28]
AzərTAc xəbər verir ki, Assoşieyted Press agentliyinin yaydığı xəbərə görə, ABŞ İraqda hakimiyyəti ölkə hökumətinə elan olunduğundan iki gün əvvəl rəsmən təhvil vermişdir.
ABŞ-ın İraqdakı müvəqqəti administrasiyasının başçısı ...

YUNANISTANIN OLİMPİADA ÜÇÜN PULU ÇATMADI

29.06.2004 [12:28]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Yunanıstan hökuməti avqustda keçiriləcək Olimpiya oyunlarına hazırlığı lazımınca maliyyələşdirməyə və Afinaya kifayət qədər xarici turist cəlb etməyə müvəffəq olmamışdır. Bunu Yunanıstan Olimpiya ...