SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ XARİCİ SİYASƏT İDARƏSİ BƏYANAT VERMİŞDİR

27.05.2004 [19:01]
Səudiyyə Ərəbistanı Krallığının Rəsmi Xəbər Agentliyi mayın 26-da ölkənin Xarici İşlər Nazirliyinin bəyanatını yaymışdır. Bəyanatda deyilir ki, Səudiyyə Ərəbistanı Krallığının hökuməti İraqın Nəcəf şəhərindəki İmam Əli ibn Əbi Talib ...

ÖTƏN İL AMERİKALILAR 5209 RUSİYALI UŞAĞI ÖVLADLIĞA GÖTÜRMÜŞLƏR

27.05.2004 [18:26]
AzərTAc-ın İTAR-TASS Agentliyindən aldığı xəbərə görə, 2003-cü ildə Rusiyadan 5209 uşaq daimi yaşamaq üçün ABŞ-a ögey valideynlərinin yanına köçmüşdür. ABŞ Dövlət Departamentinin yeni məruzəsində deyilir ki, bu, dünya ölkələri ...

XARİCDƏ TƏHSİL ALAN TÜRKMƏNLƏR İŞSİZ QALACAQLAR

27.05.2004 [13:08]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkmənistan hökumətinin sərəncamı ilə ölkədə bundan sonra xarici diplomlar tanınmayacaq. İyunun 1-dən dövlət müəssisə və təşkilatlarının 1993-cü ildən sonra xaricdə təhsil almış əməkdaşları ...

FRANSADA SÜRƏT QATARLARINDA SİQARET ÇƏKMƏK QADAĞAN EDİLƏCƏKDİR

27.05.2004 [11:48]
AzərTAc-ın müxbiri Parisdən xəbər verir ki, Fransada bu ilin dekabr ayının ikinci yarısından uzaq məsafələrə hərəkət edən sürət qatarlarında siqaret çəkmək qadağan ediləcəkdir. Bu barədə Fransa Dövlət Dəmir Yol ...

GÜRCÜSTANIN TETRİSXARO (AĞBULAQ) RAYONUNUN XAİŞİ KƏND SAKİNLƏRİ PREZİDENT SARAYI QARŞISINDA AKSİYA KEÇİRMİŞLƏR

27.05.2004 [11:35]
AzərTAc-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinə daxil olan Tetrisxaro rayonunun Xaişi kənd sakinləri mayın 25-də Gürcüstan Prezidenti Sarayı qarşısında etiraz aksiyası keçirmişlər. Onlar Bakı-Tbilisi-Ceyhan neft ...

UKRAYNALI PƏHLƏVAN QƏDİM YUNAN ATLETİNİN REKORDUNU VURMUŞDUR

27.05.2004 [11:02]
AzərTAc-ın Ukrinformdan aldığı xəbərə görə, Ukraynanın Donetsk vilayətinin Komsomolskoye şəhərinin 25 yaşlı sakini, milliyyətcə yunan olan Dmitri Xalaci yeni rekord qazanmışdır. O, bir əli ilə 150 kiloqram ağırlığında daşı ...

DAĞISTANDA QAZ KƏMƏRİNDƏ QƏZA TƏXRİBAT NƏTİCƏSİNDƏ BAŞ VERMİŞDİR

26.05.2004 [23:38]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, mayın 24-də Dağıstan paytaxtının yaxınlığında Mozdok-Qazıməmməd qaz kəmərində qəza təxribat nəticəsində baş vermişdir. Bununla bağlı istintaq belə qənaətə gəlmişdir.
Rusiya Federal Təhlükəsizlik Xidməti ...

GÜRCÜSTAN MAYIN 26-DA MÜSTƏQİLLİK GÜNÜNÜ QEYD ETMİŞDİR

26.05.2004 [23:37]
1997-ci ildən sonra ilk dəfədir ki, Gürcüstanın Müstəqillik günündə hərbi parad keçirilir. Ölkə bayramı yeni dövlət bayrağı, yeni himnlə qarşılamışdır.
Gürcüstan prezidenti, Ali Baş Komandan Mixail Saakaşvili hərbçiləri ...

TÜRKMƏNİSTAN PREZİDENTİ ÖLKƏDƏ ZƏNGİN ADAMLARIN MEYDANA GƏLMƏSİNİ ALQIŞLAYIR

26.05.2004 [20:31]
AzərTAc-ın Aşqabaddan aldığı xəbərə görə, Türkmənistan Prezidenti Saparmurad Niyazov respublika bölgələrinə işgüzar səfəri zamanı bildirmişdir ki, “ölkədə nə qədər çox zəngin adam olarsa, dövlət də bir o qədər zəngin ...

RUSİYA MÜFTİLƏR ŞURASI MOSKVADA QAFQAZLILAR ÜÇÜN MƏSCİD TİKİLMƏSİNƏ KÖMƏK GÖSTƏRƏCƏK

26.05.2004 [19:46]
AzərTAc İnterfaks Agentliyinə istinadla xəbər verir ki, Rusiya Müftilər Şurasının (RMŞ) başçısı Ravil Qaynutdin Şimali Qafqaz müsəlmanları üçün Moskvada məscid tikilməsinə kömək göstərməyə hazırdır. O demişdir: “Biz Moskvada yeni məscidlərin ...

SİNQAPURDA YALNIZ APTEKLƏRDƏ SAQQIZ SATIŞINA İCAZƏ VERİLMİŞDİR

26.05.2004 [19:44]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Sinqapur hökuməti saqqız satışı üzərində təqribən 12 ildən bəri qüvvədə olan qadağanı götürmüşdür. Yalnız apteklərdə satılacaq bu məmulatı qeydiyyatdan keçmiş istehlakçılar ala ...

DÜYÜ SİÇANLARI DA AĞILLANDIRIR

26.05.2004 [19:43]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Yaponiya farmakoloqları belə qənaətə gəlmişlər ki, düyü ilə qidalanma intellekt səviyyəsini artırır və kəmağıllığın qarşısını alır.
Siçanlar üzərində təcrübə aparan alimlər onları ...

ÇİNDƏ DÜNYA ÇEMPİONU İLƏ KOMPÜTER ARASINDA ŞAHMAT YARIŞI KEÇİRİLƏCƏK

26.05.2004 [17:49]
AzərTAc-ın Sinxua agentliyindən aldığı xəbərə görə, qadınlar arasında şahmat üzrə dünya çempionu qrossmeyster Çju Çen həmvətənlərinin yaratdıqları portativ kompüterlə iyunda görüş keçirəcəkdir.
İnsan – kompüter şahmat görüşlərinin tarixində ...

TÜRKMƏNİSTANDA ORTA MƏKTƏB MƏZUNLARINI İŞLƏ TƏMİN ETMƏK PROBLEMİ MEYDANA ÇIXIB

26.05.2004 [17:48]
AzərTAc-ın Aşqabaddan aldığı xəbərə görə, Türkmənistanın orta məktəblərində son zəng vurulduqdan sonra məzunların işlə təmin edilməsi problemi meydana çıxmışdır. 105 mindən artıq oğlan və qız fəhlə və qulluqçuların sıralarına ...

İNSANDA İMMUNİTET ÇATIŞMAZLIĞI VİRUSUNU BLOKADA EDƏN BAKTERİYALAR TAPILMIŞDIR

26.05.2004 [16:24]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Amerika alimləri insan orqanizmində immunitet çatışmazlığı virusunu blokada edə bilən bakteriyalar aşkar etmişlər.
İllinoys Universiteti (ABŞ) tədqiqatçılarının sözlərinə görə, insanların həzm orqanlarında ...

GÜRCÜSTAN PARLAMENTİNİN YENİ ÜZVLƏRİNDƏN 46 NƏFƏRİNİN TBİLİSİDƏ MƏNZİLİ YOXDUR

26.05.2004 [14:40]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın yeni parlamentinin üzvlərindən 46 nəfərinin Tbilisidə mənzili yoxdur.
Parlamentin qərarına müvafiq olaraq, həmin deputatlar kirayə etdikləri mənzil üçün parlamentin büdcəsindən maaşlarına ...

MƏRKƏZİ ASİYANIN MƏDƏNİ İRSİNİN QORUNMASI MÜZAKİRƏ EDİLMİŞDİR

26.05.2004 [13:21]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Xivədə Mərkəzi Asiyanın mədəni irsinin qorunması ilə bağlı regional seminar keçirilmişdir. Seminarı YUNESKO işləri üzrə Özbəkistan Respublikası Milli Komissiyası təşkil etmişdir.
Tədbirdə ...

İNGİLTƏRƏLİ PROFESSOR XƏZƏR UNİVERSİTETİNDƏ OLMUŞDUR

26.05.2004 [12:47]
Xəzər Universitetində İngiltərənin Heriot - Vat Universitetinin professoru Con Ford ilə görüş keçirilmişdir.
Universitetdən AzərTAc-ın müxbirinə bildirmişlər ki, qonaq müəllim və tələbələr qarşısında “Qaynaqlara dayanan öyrənmə” mövzusunda məruzə ...

GÜRCÜSTAN ARXEOLOQLARI BTC BORU KƏMƏRİNİN ÇƏKİLDİYİ ƏRAZİDƏ QƏDİM XARABALIQ TAPMIŞLAR

26.05.2004 [11:30]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Axalsixe rayonu ərazisində arxeoloji qazıntılar aparan Gürcüstan arxeologiya mərkəzinin ekspedisiyası Valedə daha bir qədim xarabalıq aşkara çıxarmışdır. Ekspedisiyanın rəhbəri İrina Qambaşidzenin sözlərinə görə, ...