Fransada keçirilən prezident seçkilərində Emmanuel Makron liderlik edir
AzerTAg.az
24.04.2022 [22:40]
Fransanın hazırkı prezidenti Emmanuel Makron dövlət başçısı postuna seçkilərinin ikinci və həlledici turunda liderlik edir.
AZƏRTAC BFMTV telekanalına istinadla xəbər verir ki, seçki məntəqələrindən daxil olan ilkin məlumatlara görə, Emmanuel Makron 57,6 faiz, onun rəqibi, ifrat sağ təmayüllü “Milli Birlik” partiyasının lideri Marin Le Pen ...
BMT: Ukraynalı qaçqınların sayı 5,2 milyon nəfərə yaxınlaşıb
AzerTAg.az
24.04.2022 [21:52]
Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb. Aprelin 23-nə olan məlumata görə, Ukraynanı 5 milyon 186 min 744 nəfər tərk edib ...
İstanbulun mərkəzində zəncirvari avtomobil qəzası baş verib
AzerTAg.az
24.04.2022 [21:47]
İstanbulda sərnişin avtobusunun səbəb olduğu zəncirvari avtomobil qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi hissəsi olan Sarıyer rayonunda baş verən və təxminən 15 avtomobilin toqquşduğu qəzaya sərnişin avtobusunda yaranan texniki nasazlıq səbəb olub ...
Səudiyyə Ərəbistanında baş vermiş yol qəzalarında 9 misirli və sudanlı zəvvar ölüb
AzerTAg.az
24.04.2022 [20:42]
Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığında beş vermiş iki ağır yol qəzasında Ümrə ziyarətinə gedən 9 misirli və sudanlı zəvvar ölüb.
AZƏRTAC Misir Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, zəvvarları daşıyan avtobuslar qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşub. Səudiyyə rəsmiləri yaralıların Ciddədəki klinikalara ...
Fransa prezident seçkilərinin ikinci turunda seçici fəallığı 2017-ci illə müqayisədə daha zəifdir VİDEO
AzerTAg.az
24.04.2022 [20:34]
Fransada prezident seçkilərinin ikinci və həlledici turu davam edir. Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-dan açılıb və axşam saat 19:00-a, böyük şəhərlərdə isə 20:00-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, seçkilərin ikinci turunda “İrəli Respublika” partiyasının namizədi ...
Türkiyə XİN: Tarixi faktları siyasi şərhlərlə saxtalaşdıran bəyanatları və qərarları rədd edirik
AzerTAg.az
24.04.2022 [17:52]
1915-ci il hadisələri ilə bağlı tarixi faktlarla və beynəlxalq hüquqla bağlı olmayan açıqlamalar etibarlı deyil. Buraya ABŞ prezidenti Co Baydenin 2021-ci ildə etdiyi səhvi təkrarlayan bugünkü uğursuz bəyanatı da daxildir. Tarixi faktları siyasi şərhlərlə saxtalaşdıran bəyanatları və qərarları rədd edir ...
Səfirlik: İranın Rusiyaya silah verməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir
AzerTAg.az
24.04.2022 [16:32]
Bir sıra kütləvi informasiya vasitələrində İranın guya Rusiyaya silah verməsi barədə yayılan xəbərlər yalandır və həqiqəti əks etdirmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyi tərəfindən yayılan bəyanatda deyilir.
Bildirilir ki, Rusiya silahlı qüvvələrinin kifayət qədər ehtiyatı var ...
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
AzerTAg.az
24.04.2022 [15:50]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumata əsasən, iki lider arasındakı telefon danışığı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan ...
Fransada prezident seçkilərinin ikinci turunda 48,7 milyon seçicinin səs verməsi gözlənilir
AzerTAg.az
24.04.2022 [13:30]
Fransada prezident seçkilərinin ikinci turu davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün seçki məntəqələrində 48,7 milyon fransızın səs verməsi gözlənilir. Səhər saat 8-dən açılmış seçki məntəqələri axşam saat 19:00-a, hətta bəzi böyük şəhərlərdə saat 20:00-dək davam edəcək ...
Livanda dənizdən 9 qeyri-leqal miqrantın cəsədi çıxarılıb VİDEO
AzerTAg.az
24.04.2022 [13:00]
Livan dənizçiləri bu ölkənin şimalında yerləşən Tripoli limanının yaxınlığında dənizdən 9 qeyri-leqal miqrantın cəsədini çıxarıblar.
AZƏRTAC rəsmi NNA agentliyinə istinadla xəbər verir ki, Tripoli limanının rəisi Əhməd Tamer içərisində 60 miqrantın olduğu və Kiprə yollanan qayığın batdığını bildirib ...
İtaliyaya sığınan ukraynalı qaçqınların sayı 100 minə çatır VİDEO
AzerTAg.az
24.04.2022 [12:17]
Bu vaxtadək İtaliya ərazisinə 100 minədək ukraynalı qaçqın daxil olub.
AZƏRTAC xəbər verir ki, İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəyə ümumilikdə 99 min 788 Ukrayna vətəndaşı gəlib. Onlardan 51 min 593-ü qadın, 12 min 307-si kişi və 35 min 888-i isə yetkinlik yaşına çatmayanlardır ...
Bosniya və Herseqovinada zəlzələ baş verib
AzerTAg.az
24.04.2022 [11:55]
Bosniya və Herseqovinada Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ ölkənin cənubundakı Stolaç şəhəri yaxınlığında baş verib. Zəlzələdə dağıntı və ya ölüm qeydə alınmayıb ...
Yaponiyanın şimalında, gəminin yoxa çıxdığı rayonda doqquz nəfər tapılıb
AzerTAg.az
24.04.2022 [11:41]
Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində “KAZU 1” gəmisinin yoxa çıxdığı rayonda doqquz nəfər tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 24-də Kyodo agentliyi məlumat yayıb. Bu ərəfədə yeddi nəfərin tapılması barədə məlumat yayılmışdı. Onların huşsuz vəziyyətdə olduğu bildirilir ...
İraqda ABŞ hərbçilərinə növbəti dəfə silahlı hücum olub
AzerTAg.az
24.04.2022 [11:23]
Ötən gecə İraqın Əl-Anbar vilayətində ABŞ ordusuna məxsus maşın karvanı növbəti dəfə silahlı hücuma məruz qalıb.
AZƏRTAC İraq mətbuatına istinadla xəbər verir ki, İraqdakı ABŞ-ın hərbi bazalarına demək olar hər gün silahlı hücumlar həyata keçirilir.
Əl-Anbar vilayətindəki hadisədə ölən və yaralananlar barədə hələlik məlumat verilmir ...
Yaponiya və ABŞ payızda Hokkaydo adasında təlimlər keçirəcəklər
AzerTAg.az
24.04.2022 [11:01]
Yaponiya özünümüdafiə qüvvələrinin hərbçiləri və ABŞ dəniz piyadaları cari ilin sentyabr və oktyabr aylarında Hokkaydo adasında iki həftə davam edəcək birgə təlimlər keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Nikkei” qəzeti aprelin 24-də məlumat yayıb ...
Fransada prezident seçkilərinin ikinci turu keçirilir
AzerTAg.az
24.04.2022 [10:33]
Fransada prezident seçkilərinin ikinci və həlledici turuna start verilib. Bu gün Bakı vaxtı ilə saat 10:00-da seçki məntəqələri açılıb.
AZƏRTAC xəbər verir ki, prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Emmanuel Makron və Milli Birlik Partiyasının sədri Marin Le Pen mübarizə aparır ...
BMT-nin Baş katibi Türkiyəyə səfər edəcək
AzerTAg.az
24.04.2022 [10:25]
BMT-nin Baş katibi Antonio Quterreş aprelin 25-də Türkiyəyə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Baş katib Antonio Quterreş ...
Sloveniyada parlament seçkiləri keçirilir
AzerTAg.az
24.04.2022 [09:39]
Bu gün Sloveniyada parlament seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, seçkilər 2020-ci ildən baş nazir vəzifəsini tutan Yaneş Yanşanın siyasi karyerası üçün həlledici əhəmiyyət daşıyır. Seçkilərdən öncə aparılan rəy sorğularının nəticələrinə əsasən, əsas mübarizə ...
Əfqanıstanla sərhəddə üç Pakistan hərbçisi həlak olub
AzerTAg.az
24.04.2022 [04:57]
Pakistanın Əfqanıstanla sərhədində-Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan dairəsində atışma nəticəsində üç Pakistan hərbçisi həlak olub.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son günlər Əfqanıstanla sərhədin bu hissəsində gərginlik səngimir ...
MULTİMEDİA
20.03.2023 [15:47]
20.03.2023 [14:54]
20.03.2023 [14:48]
20.03.2023 [13:38]