Ermənistan ordusunun generalı həbs edilib

17.06.2022 [15:08]
Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində bu ölkənin Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Harutyunyan həbs edilib. AZƏRTAC “pastinfo.am” saytına istinadla ...

Avropa Komissiyası Gürcüstana namizədlik statusu verməyib

17.06.2022 [15:05]
Avropa Komissiyası Avropa İttifaqına üzvlüyə namizəd olmaq və namizəd statusu almaq üçün müraciət edən Gürcüstan, Ukrayna və Moldova ilə mövqeyini açıqlayıb. AZƏRTAC xəbər verir ki, Avropa Komissiyası bununla əlaqədar bəyanat yayıb. Bəyanatda ...

Hulusi Akar: Türkiyə eyni anda birdən çox terror təşkilatına qarşı mübarizə aparan yeganə NATO ölkəsidir

17.06.2022 [15:01]
NATO bir təhlükəsizlik təşkilatıdır. Ən böyük mübarizə sahələrindən biri də terrorizmdir. NATO-nun təsis prinsipləri regional və qlobal sabitlik, eləcə də təhlükəsizlik üçün hər cür terror təşkilatları ilə mübarizə aparmağı tələb edir. Bu baxımdan əməkdaşlıq və həmrəylik vacibdir ...

Britaniya Culian Assanjın ABŞ-a ekstradisiyasına qərar verib

17.06.2022 [14:55]
Böyük Britaniyanın daxili işlər naziri Priti Patel “WikiLeaks” təşkilatının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyası barədə qərarı imzalayıb. AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb ...

Tbilisidə “Dünya lider qadınlarının beynəlxalq konfransı” keçirilib

17.06.2022 [14:46]
Tbilisidə “Dünya lider qadınlarının beynəlxalq konfransı” keçirilib. AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin təşəbbüsü ilə keçirilən tədbirdə ATƏT Parlament Assambleyasının sədri Marqarita Kaderfelt, Polşa Seyminin vitse-spikeri Malqojata ...

Gürcüstanda 4 bal gücündə zəlzələ olub

17.06.2022 [14:17]
İyunun 17-də səhər saatlarında Gürcüstanda zəlzələ baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar Gürcüstanın cənubunda, azərbaycanlıların yığcam yaşadıqları ...

Hindistanda orduya yeni qəbul sisteminə qarşı etirazlar güclənir

17.06.2022 [13:28]
Orduya yeni qəbul sisteminə qarşı kütləvi etirazlar Hindistanın yeddi regionuna yayılıb. Nümayişlər bəzi hallarda iğtişaşlar və zorakılıqla müşayiət olunub. AZƏRTAC “The Pioneer” qəzetinə istinadla xəbər verir ki, etiraz aksiyaları Pəncab, Himaçal-Pradeş, Haryana, Uttar-Pradeş, Uttarxand, Bihar ştatlarında ...

Əl-Əzhərin Ekstremizmə Qarşı Komissiyası islamofobiya ilə bağlı dünya ölkələrinə müraciət ünvanlayıb

17.06.2022 [13:22]
Əl-Əzhərin Ekstremizmə Qarşı Komissiyası islamofobiya ilə bağlı dünya ölkələrinə müraciət ünvanlayıb. AZƏRTAC xəbər verir ki, müraciətdə qeyri-İslam ölkələrində müsəlmanların hüquqlarının və məscidlərin qorunması məqsədilə yerli qanunvericilikdə müvafiq ...

Çinin 3-cü hərbi təyyarədaşıyan gəmisi istismara verilib VİDEO

17.06.2022 [13:07]
Çin özünün 3-cü hərbi təyyarədaşıyan gəmisi olan “Fucien”i istismara verib. İyunun 17-də Şanxayda gəminin istismara verilmə mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, su basımı 80 min tondan çox olan nəhəng gəmi Asiyada ən iri hərbi gəmidir ...

İspaniya NATO sammiti ilə əlaqədar quru sərhədlərində nəzarət həyata keçirə bilər

17.06.2022 [13:03]
İspaniya hökuməti NATO sammiti astanasında və tədbir zamanı quru sərhədlərində müvəqqəti nəzarət həyata keçirə və paytaxt Madridin bir hissəsi üzərində uçuş qadağası zonası yarada bilər. AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, İspaniyanın hakimiyyət orqanları alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının görüşü zamanı ...

Monteneqro çörəyə tətbiq olunan ƏDV-ni ləğv edib

17.06.2022 [12:38]
Monteneqro parlamenti səsvermə ilə çörəyə tətbiq olunan əlavə dəyər vergisini (ƏDV) ləğv edib. AZƏRTAC xəbər verir ki, bu qərar çörəyin qiymətinin bahalaşması fonunda parlamentdə 54 deputatın dəstəyi ilə qəbul olunub ...

Gürcüstanda ictimai nəqliyyatda qoruyucu maskadan istifadə tələbi ləğv edilir

17.06.2022 [12:32]
Gürcüstanda ictimai nəqliyyatda qoruyucu maskadan istifadə tələbi ləğv edilir. AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstanın hökumət administrasiyasından məlumat verilib. Bildirilib ki, hökumətin qəbul etdiyi qərara əsasən ...

Gürcüstanda iki əraziyə biosfer qoruğu statusu verilib

17.06.2022 [12:28]
UNESCO-nun qərarı ilə Gürcüstanda iki əraziyə biosfer qoruğu statusu verilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstan hökumət dəftərxanasından məlumat verilib ...

Hindistanda daşqınlar nəticəsində bir milyondan çox insan zərər çəkib

17.06.2022 [12:25]
Hindistanın şimal-şərqindəki Assam ştatında musson yağışlarının səbəb olduğu güclü daşqınlar nəticəsində dörd nəfər həlak olub. AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, Brahmaputra çayı və onun qolları məcrasından çıxıb, su basmış zonada azı 1,1 milyon insan qalıb ...

Bayden Rusiya əleyhinə sanksiyaları ABŞ üçün ən yaxşı seçim adlandırıb

17.06.2022 [11:59]
ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Rusiyaya qarşı qəbul etdiyi sanksiyaları ölkəsi üçün ən yaxşı seçim adlandırıb. AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Bayden Moskvaya qarşı maliyyə sanksiyalarını qəbul edərkən seçkilər barədə düşünən siyasətçi ...

ABŞ-da kilsədə baş verən silahlı insident zamanı iki nəfər həlak olub

17.06.2022 [11:45]
ABŞ-ın Alabama ştatındakı kilsədə silahlı insident nəticəsində azı iki nəfər həlak olub, bir nəfər yaralanıb. AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı yerli polis orqanlarına istinadla məlumat yayıb. Məlumata görə, hadisə Vestavia-Hills şəhərindəki yepiskop kilsəsində baş verib ...

Çində kimyəvi məhsullar zavodundakı partlayışda 6 nəfər itkin düşüb VİDEO

17.06.2022 [11:04]
Çinin Qansu vilayətində kimyəvi məhsullar zavodunda baş verən partlayışda 6 nəfər itkin düşüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. AZƏRTAC vilayət hökumətinin məsələyə dair açıqlamasına istinadla xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında Ləncou şəhərindəki pestisid ...

Ukraynanın Nikolayev şəhəri raketlə vurulub, ölən və yaralananlar var

17.06.2022 [10:59]
İyunun 17-də səhər saatlarında Ukraynanın Nikolayev şəhəri raket hücumuna məruz qalıb, evlərə ziyan dəyib, ölən və yaralananlar var. AZƏRTAC xəbər verir ki, bu barədə Nikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqram səhifəsində məlumat yayıb ...

Avstraliyanın Baş naziri iyunun sonlarında Kiyevə səfər etməyi planlaşdırır

17.06.2022 [08:45]
Avstraliyanın Baş naziri Entoni Albaneze Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə iyunun sonlarında Kiyevə səfər etməyi planlaşdırır. AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 17-də Avstraliyanın 9News telekanalı ...