RF Mərkəzi Bankının sədri: Rusiyada dollara və avroya qadağa qoyulmayacaq

16.06.2022 [15:39]
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkədə dollar və avronun dövriyyəsinə qadağa qoyulmayacağını deyib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Elvira Nabiullina bunu Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyada dollar və ya avroya qadağa qoyulmasının ...

Misirdə hökumət əhalini ərzağa qənaət etməyə çağırıb

16.06.2022 [15:12]
Misirin Baş naziri Mustafa Mədbuli qlobal böhranla əlaqədar əhalini ərzaq məhsullarını rasional istehlak etməyə çağırıb. O əlavə edib ki, qənaət rejimi ölkədən külli miqdarda valyuta çıxışının qarşısını almaq üçün ən yaxşı vasitədir. AZƏRTAC xəbər verir ki, Misir hökumətinin ...

Dövlət Departamenti iki amerikalının Rusiya tərəfindən əsir alınması ilə bağlı məlumatı araşdırır

16.06.2022 [15:08]
ABŞ Dövlət Departamenti Ukraynada iki amerikalının Rusiya ordusu tərəfindən əsir götürülməsi ilə bağlı xəbərləri araşdırır. AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə müvafiq bəyanatla çıxış edib. “Biz vəziyyəti diqqətlə izləyirik və bununla bağlı Ukrayna ...

Türkiyə ordusunun əsgəri şəhid olub

16.06.2022 [14:57]
İraqın şimalında terrorçular tərəfindən edilən hücum nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən Türkiyə ordusunun əsgəri tibbi müdaxilələrə baxmayaraq vəfat edib. AZƏRTAC xəbər verir ki, bununla bağlı ...

Avropa liderləri İrpen şəhərinin dağıntıları ilə tanış olublar

16.06.2022 [14:56]
Ukraynada səfərdə olan Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Mario Draqi və Rumıniya Prezidenti Klaus Yoxanis İrpen şəhərində olublar. AZƏRTAC xəbər verir ki, İrpenə səfərləri zamanı dörd Avropa ölkəsinin liderlərinə şəhərin hərbi ...

ABŞ Suriyada İŞİD liderlərindən birinin ələ keçirildiyini elan edib

16.06.2022 [14:47]
Amerikalı hərbçilər Suriyanın şimalında İŞİD qruplaşmasının nüfuzlu səhra komandirini ələ keçirib. AZƏRTAC xəbər verir ki, Associated Press informasiya agentliyi bu barədə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin bəyanatına istinadla məlumat yayıb. Məlumata görə, ələ keçirilən şəxs ...

Viktor Orban: Macarıstan Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək

16.06.2022 [14:22]
Macarıstan Rusiyaya qarşı tətbiq edilən, lakin Avropa İttifaqı üzvlərinin özlərinə hədsiz ziyan vuracaq sanksiyaları dəstəkləməyəcək. AZƏRTAC MTI informasiya agentliyinə istinadla xəbər verir ki, Macarıstan hökumətinin başçısı Viktor Orban bu fikri onun Ukrayna ilə bağlı mövqeyini tənqid edən 44 avropalı ...

Almaniya, Fransa və İtaliya liderləri Ukraynaya gəliblər

16.06.2022 [13:25]
Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukraynaya gəlib. AZƏRTAC xəbər verir ki, Avropa liderlərinin Ukraynaya səfəri bundan əvvəl Avropa İttifaqının yüksək rütbəli diplomatları və rəsmiləri tərəfindən də təsdiqlənib. Səfər çərçivəsində ...

ABŞ Federal Ehtiyatlar Sistemi inflyasiyanın artmasının qarşısını almaq üçün faiz dərəcəsini xeyli artırıb

16.06.2022 [11:58]
Birləşmiş Ştatlarda qiymətlərin artması təhlükəsinin saxlandığı bir vaxtda Federal Ehtiyatlar Sisteminin (FES) siyasət məsələlərinə dair iki günlük müşavirəsi çərşənbə günü başa çatıb. Bu müşavirədə təqribən 30 il ərzində ilk dəfə olaraq əsas faiz dərəcəsi 75 baza bəndi qədər artırılıb ...

ABŞ-da məktəbdə kütləvi qırğın törədəcəyi barədə hədələyən şəxs həbs edilib

16.06.2022 [11:50]
Kanzas ştatının Blu-Sprinqs şəhərinin polis idarəsi bildirib ki, polis zabitləri 19 yaşlı bir kişini saxlayıblar. Həmin şəxs yerli məktəblərin birində qırğın törədəcəyi barədə hədə-qorxu gəlməkdə şübhəli sayılır. AZƏRTAC Blu-Sprinqs şəhərinin polis idarəsinin nümayəndəsi Kiqan Hyuzun ...

Yaponiya hökuməti qiymət artımının qarşısını almaq üçün qərargah yaradacaq

16.06.2022 [11:15]
Yaponiya hökuməti əhalinin gəlirlərinin artırılması və davam edən qiymət artımının qarşısını almaq məqsədilə qərargah yaratmağı planlaşdırır.AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno iyunun 16-da keçirilən ənənəvi mətbuat konfransı zamanı məlumat verib ...

İsveç prokurorluğu: Rəssam Lars Vilks sui-qəsd deyil, bədbəxt hadisə nəticəsində həlak olub

16.06.2022 [08:45]
Keçən il isveçli rəssam Lars Vilksin ölümü ilə nəticələnən avtomobil qəzası məqsədyönlü hücum deyil, qəza olub. AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə günü karikaturaçının öldüyü qəza ilə bağlı aparılan araşdırmanın nəticələrinə əsasən İsveçin hakimiyyət orqanları məlumat verib ...

İsveçin IKEA şirkəti Rusiyadakı fabrik və ofislərini bağlamaq qərarına gəlib

16.06.2022 [07:16]
Çərşənbə günü İsveçin IKEA şirkəti Rusiyadakı fabrikləri satacağını, ofislərini bağlayacağını və təxminən 28 min işçini ixtisar edəcəyi ilə bağlı məlumat yayıb. AZƏRTAC xəbər verir ki, şirkət yaxın gələcəkdə də Rusiyada satışları bərpa etmək imkanının olmadığını bildirib. Nəticədə brendin sahibi İnter IKEA şirkəti ...

İspaniya hökuməti uşaqların ağız boşluğuna qulluq tədbirlərinə 44 milyon avro ayıracaq

16.06.2022 [06:33]
İspaniya Nazirlər Şurası 44 milyon avro ayıracağı “Ağız boşluğu sağlamlığı Planı"nı təsdiqləyib. AZƏRTAC xəbər verir ki, plan 14 yaşadək uşaqlar üçün müayinələr, kariyesin qarşısının alınması tədbirləri və plomblama da daxil olmaqla pulsuz xidmətlərin göstərilməsini nəzərdə tutur ...

Misir, Avropa İttifaqı və İsrail arasında qaz tədarükünə dair sənəd imzalanıb

16.06.2022 [04:21]
Qahirədə keçirilən Şərqi Aralıq Dənizi Qaz Forumu çərçivəsində Misir, İsrail və Avropa İttifaqı (Aİ) arasında Avropaya qaz tədarükünə dair anlaşma memorandumu imzalanıb. Sənədi Misirin neft və mineral ehtiyatlar naziri Tarik Molla, Aİ-nin enerji komissarı Kadri Simson və İsrailin enerji naziri Karine Elharrar imzalayıblar ...

Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub

16.06.2022 [00:59]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, Prezident Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlük tələbi ilə bağlı ...

Məhəmməd Baqeri: İran ordusu gələcək müharibə və xüsusi hərbi missiyaları həyata keçirmək üçün hazır olmalıdır

16.06.2022 [00:02]
Gələcək müharibə və xüsusi hərbi missiyaları həyata keçirmək üçün İran ordusu yüksək səviyyədə hazır olmalıdır. Bugünkü müharibələr əvvəlki kimi adi müharibələr deyil və buna görə İran ordusu təkmilləşdirilməli və döyüş hazırlığı vəziyyətində olmalıdır. AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 15-də İran Silahlı Qüvvələrinin ...

Mövlud Çavuşoğlu: İsveç və Finlandiyanın cavabları Ankaranı qane etmir

15.06.2022 [21:52]
NATO-ya üzvlük məsələsinə dair Ankaranın tələblərinə İsveç və Finlandiyadan alınmış cavablar Türkiyə tərəfinin gözləntilərinə cavab vermir. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında bildirib ...

Türkiyə və Gürcüstanın müdafiə nazirləri Qara dəniz və Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərini müzakirə ediblər

15.06.2022 [21:36]
Gürcüstanın milli müdafiə naziri Cuanşer Burçuladze Brüsseldə Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirib ki, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində keçirilən görüşdə ...