Hindistanın Mumbay şəhərində dördmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb. AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, binanın uçma səbəbləri hələlik tam məlum deyil. Amma ilkin məlumatlara ...

İranda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, ölənlər var

01.09.2017 [10:08]
İranda məktəbli qızları daşıyan avtobusun aşması nəticəsində azı 12 nəfər ölüb, 33 nəfər yaralanıb. AZƏRTAC Ria Novosti agentliyinə istinadla bildirir ki, hadisə ölkənin cənubundakı Fars əyalətində baş verib. ...

İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ olub

01.09.2017 [08:29]
İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb ...

Beynəlxalq Atom Enerjisi Agentliyi: İran nüvə razılaşmasına dair tələbləri yerinə yetirir

01.09.2017 [02:35]
İran 2015-ci ilin iyulunda əldə edilmiş nüvə razılaşmasına dair bütün tələbləri yerinə yetirir. AZƏRTAC xəbər verir ki, bu məlumat Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yaydığı hesabatda əksini tapıb ...

Qırğızıstanda bu ölkənin Müstəqillik Günü təntənə ilə qeyd olunub

31.08.2017 [22:39]
31 avqust - Qırğızıstanın Müstəqillik Günü münasibətilə Bişkekdə təntənəli mərasim keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, xarici ölkələrin səfirləri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. ...

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin ədalət məhkəməsindən qaçdığı elan edilib

31.08.2017 [21:27]
Pakistanda keçmiş baş nazir, müxalifətin lideri Bənazir Bhuttonun öldürülməsində günahlandırılan sabiq prezident Pərviz Müşərrəfin ədalət məhkəməsindən qaçdığı elan edilib. Yerli mətbuatın məlumatına görə, bu gün ölkənin antiterror məhkəməsi Bənazir Bhuttonun ...

Tereza Mey Tokioda Yaponiya Milli Təhlükəsizlik Şurasının iclasında iştirak edib

31.08.2017 [19:36]
Böyük Britaniyanın Baş naziri Tereza Mey Tokioda bu ölkənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında iştirak edib. T.Mey avqustun 31-də yapon həmkarı Şinzo Abe tərəfindən Baş nazirin iqamətgahında keçirilən MTŞ-nin xüsusi iclasına dəvət olunub ...

İyirmi iki həftəlik körpə ana bətnində əməliyyat olunub

31.08.2017 [19:00]
Türkiyənin Konya şəhərində ana bətnində ağ ciyərinə su toplandığı aşkarlanan körpə dünyada nadir hallarda tətbiq olunan üsulla əməliyyat olunub. AZƏRTAC “ntv.com.tr” saytına istinadla xəbər verir ki, riskli bir əməliyyatla beş aylıq körpəyə şunt taxılıb ...

Əfqanıstanda terror aktı törədilib: ölənlər var

31.08.2017 [17:40]
Əfqanıstanın qərbində yerləşən Fərəh vilayətində törədilən terror aktında 3 nəfər həlak olub. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, terror aktına görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb ...

Dubayda iki göydələn arasında gəzişmək mümkün olacaq

31.08.2017 [16:13]
Tanınmış “Emaar Properties” tikinti şirkəti Dubayda turizm əhəmiyyətli yeni obyektin - “Downtown Dubai”də “Address Sky View” layihəsinin iki qülləsi arasında yerdən 200 metr yüksəklikdə “Sky Walk” deyilən gəzinti yerinin istifadəyə verildiyini elan edib. Birləşmiş Ərəb Əmirliklərində çıxan “Arabian business” nəşri yazır ki, kəskin ...

İraq ordusu Telafer şəhərində İŞİD üzərində qələbə elan edib

31.08.2017 [16:09]
İraq ordusu Telafer şəhərində qələbə elan edib. İraqın Baş naziri Heydər əl-Abadi ordunun İŞİD terror təşkilatını məğlub etdiyini bildirib. AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, bölgə keçən həftə İŞİD-dən təmizlənib ...

Selfi ilə mədəaltı xərçəngi təyin edən mobil əlavə yaradılıb

31.08.2017 [16:07]
Vaşinqton Universitetinin alimləri selfi vasitəsilə mədəaltı xərçəngi təyin edə bilən mobil əlavə yaradıblar. AZƏRTAC "life.ru"ya istinadla xəbər verir ki, "Biliscreen" gözün ağında bilirubinin sayını təhlil edir. Sarılıq mədəaltı vəzi xərçənginin yaranmasının əlamətlərindən biridir ...

Rusiyanın Xalq Artisti Muxtarbəy Kantemirov vəfat edib

31.08.2017 [16:00]
Rusiyanın Xalq Artisti Muxtarbəy Kantemirov vəfat edib. AZƏRTAC Rusiyanın TASS agentliyinə istinadla xəbər verir ki, 83 yaşlı aktyor uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, 1934-cü il fevralın 18-də anadan olan M.Kantemirov bir çox filmlərdə çəkilib ...

“Sanvu” tufanı Yaponiya sahillərinə yaxınlaşır

31.08.2017 [15:39]
“Sanvu” tufanı cənubdan Yaponiyanın şərq sahillərinə yaxınlaşır. AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, tufanın güclü külək və leysan yağışlar gətirəcəyi gözlənilir. Yaponiya Mərkəzi Meteorologiya Agentliyinin məlumatına görə ...

Myanmadan Banqladeşə qaçmaq istəyən insanları daşıyan gəmi batıb, 19 nəfər ölüb

31.08.2017 [15:27]
Myanmanın Arakan vilayətində həyata keçirilən əməliyyatlardan qaçaraq Banqladeşə getmək istəyən insanları daşıyan gəmi Naf çayında batıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, nəticədə 19 nəfər həlak olub. Onlardan 10-u uşaq, 9-u qadındır ...

Mumbayda binanın uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb 

31.08.2017 [15:17]
Hindistanın Mumbay şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 34 nəfər isə yaralanıb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, binanın uçma səbəbləri hələ tam məlum deyil, amma ilkin məlumatlara görə, çökməyə səbəb onun köhnə olmasıdır ...

“IFA 2017” sərgisində idmançılar üçün yeni “Samsung” qurğuları təqdim olunub

31.08.2017 [14:51]
“Samsung” şirkəti Berlində keçirilən “IFA 2017” sərgisi çərçivəsində üç yeni daşınan qurğu - idman funksiyaları genişləndirilən “Gear Sport” “ağıllı” saatı, suya davamlı “Gear Fit 2 Pro” fitnes bilərziyi və simsiz “Gear IconX” (2018) qulaqcığını təqdim edib. AZƏRTAC xəbər verir ki, “MIL-STD-810G” hərbi standartına uyğun hazırlanan ...

İspaniyada keçirilən “La Tomatina” festivalında 160 ton pomidor istifadə olunub

31.08.2017 [14:28]
İspaniyanın Valensiya şəhərində 72-ci “La Tomatina” festivalı keçirilib. AZƏRTAC xəbər verir ki, festivalda 22 min insan iştirak edib. “Pomidor döyüşü” adı verilən festivalda onlar pomidorları bir-birilərinə ataraq əyləniblər. Altı yük maşını ilə gətirilən 160 ton pomidor ...

“Harvi” qasırğasının ardınca Texasda kimyəvi zavodda güclü partlayış baş verib

31.08.2017 [13:57]
ABŞ-ın Texas ştatının Hyuston şəhəri yaxınlığında kimyəvi zavodda güclü partlayış olub. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə “Harvi” qasırğası nəticəsində yaranan daşqından sonra baş verib. Şəhərdə fəaliyyət göstərən digər zavodlar da bağlanıb ...