Yaponiyada isti hava səbəbindən 10 minədək insan xəstəxanalara yerləşdirilib

19.07.2018 [07:50]
Yaponiyada ötən həftə ərzində ölkənin bütün ərazisini əhatə edən isti hava səbəbindən 9956 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 12-si dünyasını dəyişib. AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Yanğınsöndürmə İdarəsi məlumat yayıb ...

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib

19.07.2018 [07:14]
Türkiyə hökuməti 2016-cı ilin iyulunda çevriliş cəhdindən sonra tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edib. AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 01:00-da qüvvədən düşüb. Fövqəladə vəziyyət rejimi ötən il iyulun ...

Türkiyə parlamentində ödənişli əsgərliyə dair qanun layihəsinə baxılacaq

19.07.2018 [00:45]
Türkiyə Böyük Millət Məclisində ödənişli əsgərliklə bağlı qanun layihəsi müzakirə ediləcək. AZƏRTAC xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup başqan vəkili Bülent Turan məlumat verib. B.Turan bildirib ki, qanun layihəsinə görə ...

Şimali Kipr sahillərində batan gəmidən 102 nəfər xilas edilib, 19 cəsəd tapılıb

18.07.2018 [21:16]
Türkiyənin hərbi gəmiləri Şimali Kipr sahillərində təxminən 30 kilometr aralıda batmaqda olan gəminin köməyinə cəlb olunub. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, gəmidə 150-yə yaxın qaçqın olub. Onlardan 102 nəfəri xilas edilib ...

İbtidai insanların Afrika qitəsindən ayrılmasının tarixi dəyişdi

18.07.2018 [20:37]
Britaniya və Çin arxeoloqları tərəfindən aparılan tədqiqatların yekunu sübut edib ki, ibtidai insanlar Afrika qitəsindən əvvəllər güman edildiyi kimi 1,85 milyon il deyil, 2,12 milyon il əvvəl ayrılıblar. AZƏRTAC “Newhistorian.com” saytına istinadla xəbər verir ki, arxeoloqların Çinin ...

Liviya: “Sharara” yatağında neft hasilatı sutkada 125 min barrel azalıb

18.07.2018 [16:39]
Liviyadakı “Sharara” yatağında üç stansiyanın bağlanması nəticəsində neft hasilatı gündəlik 125 min barrel azalıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb kimi “Sharara” neft yatağında çalışan “Acacus” şirkətinin 4 işçisinin ...

“Shell” İndoneziyaya LNG idxal etmək istəyir

18.07.2018 [16:26]
Enerji nəhəngi “Shell” İndoneziyaya mayeləşdirilmiş təbii qaz (LNG) idxal etmək üçün İndoneziya hökuməti ilə danışıqlar aparıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Shell” və tərəfdaş şirkəti İndoneziyaya LNG idxal etmək niyyətindədir ...

Hindistanda bir aydır davam edən leysan yağışları 511 nəfərin ölümünə səbəb olub

18.07.2018 [15:57]
Hindistanda bir aydır davam edən leysan yağışları nəticəsində 511 nəfər həlak olub, 176 nəfər yaralanıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 91 bölgədə baş verən daşqınlar və torpaq sürüşməsi nəticəsində 55 min ev zərər görüb, bir milyondan çox heyvan tələf olub ...

Avropa Komissiyası internetdə yalan informasiyaya qarşı mübarizə üzrə kodeks layihəsi hazırlayıb

18.07.2018 [13:54]
Avropa Komissiyası internetdə yalan informasiyaya qarşı mübarizə aparılması məqsədilə xüsusi ekspert qrupunun hazırladığı kodeks layihəsini dərc edib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, layihədə yer almış beş ...

İstanbulda sərnişin təyyarəsi qəza enişi edib

18.07.2018 [10:14]
Türk Hava Yollarına (THY) məxsus Boinq-737 tipli sərnişin təyyarəsi İstanbul Atatürk Hava Limanından səmaya qalxdıqdan az sonra qəza enişi edib. Nigeriyanın paytaxtı Laqosa uçan, salonunda 124 sərnişinin olduğu hava gəmisinin geri ...

Türkiyə Hərbi Hava Qüvvələri 6 terrorçunu məhv edib

18.07.2018 [10:10]
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Hakurk və ölkənin Siirt vilayətinin Eruh bölgəsində terrorçuların yerləşdiyi yerləri bombalayıb. Dəqiq atəşlər nəticəsində 6 silahlı terrorçu məhv edilib. Siirtdə zərərsizləşdirilən 4 PKK ...

Tokioda tikilməkdə olan Olimpiya obyektləri jurnalistlərə nümayiş olunub

18.07.2018 [09:03]
Tokionun bələdiyyə orqanları 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya oyunları üçün inşa edilən obyektləri jurnalistlərə nümayiş etdiriblər. AZƏRTAC xəbər verir ki, tikinti işlərinin davam etdiyi həmin obyektlər jurnalistlərə Olimpiya ...

ABŞ-da iki kiçik mühərrikli təyyarə toqquşub, ölənlər var VİDEO

18.07.2018 [05:18]
ABŞ-ın Florida ştatında iki kiçik mühərrikli təyyarə toqquşub.AZƏRTAC xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.Məlumata görə, hadisə Florida ştatında, Mayami yaxınlığındakı şəhərcikdə baş verib. Beynəlxalq təlim aerodromundan səmaya qalxan iki təyyarə havada toqquşub və hadisə nəticəsində 3 nəfər ölüb ...

Növbəti nəsil sürətli enerjidoldurma texnologiyası hazırlanır

18.07.2018 [03:42]
Hazırda smartfon istehsalçılarının əksəriyyəti sürətli enerjidoldurma texnologiyası hazırlamaqla məşğuldur.Artıq bir neçə belə texnologiya (“Qualcomm Quick Charge”, “OnePlus Dash Charge” və sairə) mövcuddur. “Huawei” şirkəti “Super Charge” adlı növbəti nəsil sürətli enerjidoldurma texnologiyası üzərində işləyir ...

Qırğızıstanda 4,7 bal gücündə zəlzələ baş verib

17.07.2018 [23:34]
Qırğızıstanda 4,7 bal gücündə zəlzələ baş verib. AZƏRTAC xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin yaydığı məlumata görə, yeraltı təkanların episentri Oş şəhərindən 54 kilometr cənub-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib ...

Ekvadorda yarım milyon qızılgüldən piramida ucaldılıb

17.07.2018 [22:27]
Ekvadorun Pedro-Monkayo şəhərində yarım milyon qızılgüldən piramida ucaldılıb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, heykəltəraşlıq əsəri metal şəbəkəli karkas üzərində düzəldilib ...

ABŞ Dünya Ticarət Təşkilatına müraciət edib

17.07.2018 [22:11]
ABŞ Dünya Ticarət Təşkilatına (DTT) Kanada, Çin, Aİ, Meksika və Türkiyə ilə məsləhətləşmələr keçirmək barədə müraciət edib. Birləşmiş Ştatlar DTT üzvü olan bu ölkələrlə onların ABŞ-dan idxal edilən müəyyən mallara rüsum tətbiqini müzakirə etmək niyyətindədir ...

Avropa İttifaqı “Horizon Europe” proqramı çərçivəsində elmi və innovativ tədqiqatlara 100 milyard avro ayıracaq

17.07.2018 [21:36]
Avropa İttifaqı (Aİ) 2021-2027-ci illərdə “Horizon Europe” adlı çərçivə proqramı vasitəsilə elmi və innovativ tədqiqatlara 100 milyard avro vəsait ayıracaq. Bu barədə qərar Avropa İttifaqı ölkələrinin elm və tədqiqat üzrə nazirlərinin Vyanada keçirilən toplantısında qəbul edilib ...

Respublikaçılar Partiyasından olan qanunvericilər Prezident Trampın Prezident Putin ilə sammitdə bəyanatlarını tənqid ediblər

17.07.2018 [21:20]
ABŞ Respublikaçılar Partiyasının nüfuzlu nümayəndələri Prezident Trampın Prezident Putin ilə görüşü zamanı Birləşmiş Ştatların və ABŞ xüsusi xidmətlərinin ünvanına Tramp tərəfindən deyilmiş sözlərdən narazı olduqlarını bildiriblər. Məlum olduğu kimi, Amerikanın 17 xüsusi xidmət orqanı ciddi təhqiqat aparandan ...