Böyük Britaniya müdafiə strategiyasını dəyişir

23.03.2021 [23:36]
Böyük Britaniya müdafiə strategiyasını dəyişdirir. AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, ordudakı əsgərlərin sayının azaldılması, müdafiə strategiyasında robotlar, pilotsuz təyyarələr və kibermüharibə texnologiyasına diqqət yetirilməsi planlaşdırılıb ...

Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib

23.03.2021 [23:05]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib. AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb. Bildirilib ki, tərəflər görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı ilə ...

Türkiyədə koronavirusa gündəlik yoluxma sayında artım müşahidə olunub

23.03.2021 [22:33]
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma tempindəki artım daha da sürətlənib. Vəziyyəti nəzarətdə saxlamaq üçün vilayətlər üzrə yerli vəziyyətə uyğun olaraq qərarlara qəbul olunur. AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, martın ...

Özbəkistan və Türkiyə hərbçilərinin birgə taktiki təlimləri keçirilir

23.03.2021 [19:45]
Özbəkistanın Surxandərya vilayətindəki “Termez” poliqonunda Özbəkistan-Türkiyə planlı xüsusi taktiki təlimləri başlayıb. AZƏRTAC Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimlər hərbi əməkdaşlıq haqqında ikitərəfli razılaşmaya əsasən keçirilir ...

Nur-Sultan hava limanı hava şəraiti ilə əlaqədar müvəqqəti bağlanıb

23.03.2021 [19:13]
Qazaxıstanın paytaxtı Nur-Sultanda davam edən çovğun və güclü külək hava nəqliyyatının da işinə əngəl törədib. AZƏRTAC xəbər verir ki, çovğunlu hava şəraiti ilə əlaqədar olaraq beynəlxalq hava limanı qar təmizlənməsi səbəbindən uçuş zolağının bağlanması bu gün saat 24:00-a qədər uzadılıb ...

Litva rəhbərliyi COVID-19-a qarşı “AstraZeneca” vaksini ilə peyvənd olunub

23.03.2021 [18:51]
Litva rəhbərliyi koronavirusa qarşı “AstraZeneca” şirkətinin istehsalı olan vaksin ilə peyvənd olunmaq və bununla da ona olan inamı artırmaq niyyətindədir. AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Litva Prezidenti Gitanas Nausedanın Vilnüs şəhərinin Nauyamestis rayonunda ...

Pekin ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın Çinə sanksiyalar tətbiq etməsinə sərt etirazını bildirib

23.03.2021 [18:39]
Rəsmi Pekin ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın Çinin Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqları məsələləri ilə əlaqədar Çinin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq etməsinə sərt etirazını bildirib. AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Hua Çunin həmin sanksiyaların yalan ...

Aİ-də koronavirusdan ölənlərin sayına görə Çex Respublikası birinci yeri tutur

23.03.2021 [18:22]
Çex Respublikası Avropa İttifaqında koronavirusdan ölənlərin sayına görə siyahıda birinci yerdə qərarlaşıb. AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19-un törətdiyi fəsadların səbəb olduğu ölüm hallarının sayı artıq 25 min nəfəri keçib. Dünyada isə Çexiya San-Marinodan sonra ikinci yerdədir ...

Cənubi Koreya Prezidenti COVID-19 virusu əleyhinə peyvənd olunub

23.03.2021 [17:55]
Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya proqramı çərçivəsində Prezident Mun Ce-inə peyvəndin birinci dozası vurulub. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, "AstraZeneca" vaksini ilə peyvənd olunan Cənubi Koreyanın dövlət başçısı iyunda ...

ABŞ ağır vəziyyətdə olan xəstələrin daşınması üçün Latviyaya izolyasiya kapsulları bağışlayıb

23.03.2021 [17:23]
ABŞ-ın Latviyadakı səfiri Con Karvayl Latviya hökumətinə xəstələrin daşınması üçün iki ədəd birnəfərlik izolyasiya kapsulu hədiyyə edib. Latviya səhiyyə naziri Daniel Pavlyuts ölkəsi adından hədiyyəni qəbul edib. AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, ölkənin Dövlət Təcili və Təxirəsalınmaz ...

Paris regionunun həkimləri COVID-19 pandemiyasının sürətlə yayılması ilə bağlı həyəcan təbili çalırlar

23.03.2021 [17:07]
Paris regionunda pandemiyanın sürətlə yayılmasından ciddi narahatlıqlarını ifadə edən həkimlər televiziya kanalları vasitəsilə çıxış edərək, vəziyyətin gərginliyini bildiriblər. AZƏRTAC xəbər verir ki, həkimlər COVID-19 pandemiyasının sürətlə yayıldığını, fəlakətlə üz-üzə olduqlarını qeyd edirlər ...

Moldovada koronavirusun Britaniya ştammı aşkarlanıb

23.03.2021 [16:33]
Moldovada COVID-19 virusunun Britaniya ştammı aşkarlanıb. AZƏRTAC xəbər verir ki, Moldova Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 23 nəfərdən götürülən analiz Almaniya laboratoriyasına göndərilib. Onlardan 11-də Britaniya ştammı aşkarlanıb ...

Rusiyada təyyarədə baş verən qəza nəticəsində 3 hərbçi həlak olub

23.03.2021 [16:04]
Rusiyanın Kaluqa vilayəti yaxınlığındakı hərbi aerodromda qırıcı təyyarədə baş vermiş qəza nəticəsində 3 hərbçi həlak olub. AZƏRTAC xəbər verir ki, “Tu-22M3” bombardmançı təyyarəsində yerdə gözlənilmədən katapulta sisteminin işə düşməsi nəticəsində təyyarənin 3 heyət üzvü ölüb. Hadisə uçuşa hazırlıq zamanı baş verib ...

Fransada iki nazir koronavirusa yoluxub

23.03.2021 [14:34]
Fransa mədəniyyət naziri Rozelin Başlo koronavirusa yoluxub. AZƏRTAC xəbər verir ki, nazir 74 yaşlı tanınmış fransız müğənnisi Mişel Sarduya “Şərəf Legionu” ordeninin komandor dərəcəsinin ...

İordaniyada son sutkada COVID-19-dan rekord sayda ölüm faktı qeydə alınıb

23.03.2021 [14:31]
İordaniyada yeni növ koronavirus pandemiyasının başladığı vaxtdan bəri bir sutka ərzində ən çox – 109 ölüm faktı qeydə alınıb. Bu barədə rəsmi Petra agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Martın 22-də krallıqda COVID-19-a ...

Bu gündən Tacikistanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb

23.03.2021 [12:49]
Martın 23-də Tacikistan paytaxtındakı “İstiqlol” klinikasında koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanılıb. AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, ilk olaraq ölkənin səhiyyə və sosial müdafiə naziri Camoliddin ...

Ukraynaya giriş qaydaları sərtləşdirilib

23.03.2021 [12:46]
Ukrayna Nazirlər Kabineti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə giriş qaydalarını sərtləşdirib. İndi koronavirus üçün PCR testi tələb olunacaq. AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Maksim Stepanovun brifinqdə verdiyi məlumata görə ...

Ukraynada koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb

23.03.2021 [11:27]
Ukraynada son sutkada pandemiya dövründə koronavirusdan rekord ölüm halı qeydə alınıb. AZƏRTAC xəbər verir ki, Ukraynanın Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada Ukraynada 333 nəfər koronavirusdan ...

Türkiyədə FETÖ üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib VİDEO

23.03.2021 [09:19]
Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib. AZƏRTAC xəbər verir ki, Türkiyənin İzmir Baş Prokurorluğu ...