İrakli Kobaxidze: Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq
Tbilisi, 28 dekabr, AZƏRTAC
Ölkəmizin bədniyyətliləri çox yaxşı görürlər ki, vizasız rejimin mümkün ləğvi mövzusundan istifadə edərək süni müdaxilə yolu ilə hökuməti kənardan dəyişdirmək mümkün deyil. Düşünmürəm ki, onların mövqeləri güclüdür. Lakin onlar inqilab təşkil edə bilməyəcəklər, onların inqlabla bağlı altıncı cəhdləri də uğursuz olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı ilə vizasız rejimin dayandırıla biləcəyi ilə bağlı suala cavab olaraq bildirib.
"Düşünürəm ki, Avropa bürokratiyası praqmatik qalacaq və gürcü xalqını əsəbiləşdirəcək qərar qəbul edilməyəcək", - deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstanın bədniyyətliləri ölkədə daim gərginlik yaratmaq üçün bu şantaj vasitəsindən istifadə edirlər.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]