SON XƏBƏRLƏR

Ümumdünya Şahmat Olimpiadası: Yığmalarımız Türkiyə və İsrail komandaları ilə qarşılaşacaqlar

01.08.2022 [10:50]
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. AZƏRTAC xəbər verir ki, bu gün keçiriləcək 4-cü turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli) Türkiyə, qadın yığmamız ...

Şamaxıda arıçılar bal süzümünə başlayıblar

01.08.2022 [10:49]
Şamaxı rayonunda arıçılıq ənənəvi təsərrüfat sahəsidir və hazırda arıçılar bal süzümünə başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Şamaxıda arı ailələrinin sayı hazırda 17 min 200-ə çatıb ...

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin 40 yaşı tamam olub

01.08.2022 [10:43]
Toksikologiya şöbəsi 1982-ci ilin iyulunda yaradılıb. Bu, Qafqazda kəskin kimyəvi zəhərlənmələrin müayinəsi və müalicəsi ilə məşğul olan ilk tibb müəssisəsi idi. Mərkəz ən müasir avadanlıqlarla, müasir qantəmizləmə və reanimasiya aparatları, hemodializ, yüksək atmosferli oksigen, o cümlədən dəm qazı ilə zəhərlənmələrin ...

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanına qeydiyyat davam edir

01.08.2022 [10:42]
Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər/subbakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün avqustun 3-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib ...

“ASAP Forum 2022”nin bağlanış mərasimi olub

01.08.2022 [10:40]
Bakıda Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022”nin bağlanış mərasimi olub. AZƏRTAC xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbiri açaraq ...

Həftə sonu ölkə ərazisində qeydə alınan cinayətlərdən 92-sinin açılması təmin olunub

01.08.2022 [10:37]
İyulun 30-da və 31–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 92-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki ...

FHN: Ötən sutka ərzində 43 yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

01.08.2022 [10:34]
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib ...

Yeddi ay ərzində milli parkları 147 mindən çox turist ziyarət edib VİDEO

01.08.2022 [10:32]
Azərbaycanın milli parkları son illər daha çox məşhurlaşıb və parklara səfər bir ənənəyə çevrilib. 2022-ci ilin 7 ayı ərzində milli parkları 147 min 359 turist ziyarət edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub ...

Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb

01.08.2022 [10:31]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə ...

Neft qiymətləri ucuzlaşıb

01.08.2022 [10:30]
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,07 dollar azalaraq 102,9 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında ...

Su dəri təmizlənməsi üçün əsas vasitədir

01.08.2022 [10:29]
Üz dərisinə qulluq prosesində intensiv istifadə olunan məhsullar çox vaxt xeyirdən çox zərər verir. Məhz buna görə mütəxəssislər dəri növünə uyğun təmizləyici, serum, nəmləndirici krem və Günəşdən qoruyucu vasitələrin kifayət olduğunu iddia edirlər. Lakin suyun əsas üz təmizliyi vasitəsi olduğunu kosmetoloqlar da təsdiq edir ...

Sərbəst güləş üzrə millimiz İtaliyada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb

01.08.2022 [10:28]
Sərbəst güləş üzrə millimiz İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb. AZƏRTAC Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, mundialda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız ...

Avqustun 5-dək bəzi şimal və qərb rayonlarında hava yağıntılı olacaq

01.08.2022 [10:27]
Avqustun 1-dən 5-dək Azərbaycanın bəzi şimal və qərb rayonlarında əsasən gündüz saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib ...

Yardımlıda orta aylıq əməkhaqqı 18,1 faiz artıb

01.08.2022 [10:16]
İyulun 1-nə Yardımlı rayonunda muzdlu işçilərin sayı 4 min 90 nəfər olub, onlardan 3 min 257 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 833 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, cari ilin yanvar-iyun ayları ...

Deputat: Azərbaycanda dövlət siyasətinin mərkəzində məhz ölkə vətəndaşı və sosial ədalət prinsipləri dayanır

01.08.2022 [10:15]
Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını qəbul edərkən ölkədə bu vaxta qədər görülmüş işlər, qarşıda dayanan vəzifələr haqqında geniş məlumat verdi. Bildirildi ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində ...

MOK-un baş katibi Azər Əliyev “EYOF-2022”də uğur qazanan idmançılarımızı mükafatlandırıb

01.08.2022 [10:14]
Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının (EYOF) sonuncu günündə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katib Azər Əliyev idmançılarımız ilə görüşüb. MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A.Əliyev idmançılara göstərdikləri əzmkarlıq ...

Taxıl sazişi çərçivəsində Ukraynadan ilk gəmi Odessadan yola düşüb

01.08.2022 [10:13]
Taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi bu gün saat 09:30-da Livana getmək üçün Odessa limanından yola düşüb. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb ...

Xalça Muzeyində yeni xalçanın kəsim mərasimi keçiriləcək

01.08.2022 [10:05]
Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş yeni xalçanın qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçiriləcək. Muzeydən AZƏRTAC-a bildirilib ki, muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş xalçanın kəsimi avqustun 2-də saat 15:00-da həyata keçiriləcək ...

Əmilərini qəsdən öldürməkdə şübhəli bilinən iki qardaş tutulub

01.08.2022 [10:03]
İyulun 31-i saat 07 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Masallı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı ...

Füzuli rayonunun Musabəyli kəndi

01.08.2022 [10:00]
Füzuli rayonunun Musabəyli kəndi düzənlik ərazidə yerləşir. XIX əsrin ikinci yarısında salınan kəndin əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Musabəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu ...

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

01.08.2022 [09:10]
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini ...

Goranboyda Safıkürd su anbarına 12 ildən sonra ilk dəfə kifayət qədər su toplanıb VİDEO

01.08.2022 [09:06]
Goranboyda Safıkürd su anbarına 12 ildən sonra ilk dəfə kifayət qədər su toplanıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Goranboy Suvarma Sistemləri İdarəsi tərəfindən cari ilin 6 ayında əkin sahələrinə 958 ədəd subartezian quyuları vasitəsi ilə ...

Yeni Zelandiya sərhəd keçid məntəqələrində antikovid məhdudiyyətlərini ləğv edib

01.08.2022 [08:10]
Avqustun 1-dən Yeni Zelandiya koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün 2020-ci ilin martından dövlət sərhəd keçid məntəqələrində tətbiq olunan bütün antikovid məhdudiyyətlərini ləğv edib ...

ABŞ-da daşqınlar zamanı ölənlərin sayı 26 nəfərə çatıb VİDEO

01.08.2022 [07:05]
ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ştatın qubernatoru ölənlərin sayının artdığını bildirib, həmçinin bir çox şəhərlərdə böyük ...

Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır

01.08.2022 [06:22]
Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır. Belə ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən kurslara dilimizə böyük maraq göstərən daha 70 nəfər müraciət edib və onlar üçün açılan əlavə qrupda ilk dərs keçirilib ...