Gürcüstan parlamentində hökumətin yeni tərkibinə etimad göstərilməsi məsələsinə noyabrın 25-də baxılacaq
Tbilisi, 18 noyabr, AZƏRTAC
Gürcüstan hökumətinin yeni tərkibi və qarşıdakı dörd il üçün fəaliyyət planı etimad göstərilməsi üçün noyabrın 25-də yeni seçilmiş parlamentə təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin noyabrın 18-də keçirilən iclasında məlumat verib.
İ.Kobaxidze nazirlərə və nazirliklərə müraciət edərək bildirib ki, noyabrın 25-də hökumətin tərkibi ilə yanaşı, dördillik fəaliyyət proqramı da təqdim olunmalıdır. Bunun üçün də bütün məsələlər dəqiqləşdirilməlidir.
“Hökumət proqramında bir sıra iddialı məqsədlər var. Qarşıdakı dörd il ərzində ölkəmizi tamamilə fərqli inkişaf mərhələsinə keçirməliyik. Bunu hökumət proqramımız təmin edəcək. İndi əsas məsələ hər gün işləyərək bütün hədəfləri layiqincə yerinə yetirməkdir”, - deyə İ.Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ım xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]