REGİONLAR
Cəlilabadda üçayaqlı quzu doğulub VİDEO
Cəlilabad, 7 noyabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadın Təklə kəndində qeyri-adi hadisə baş verib.
AZƏRTAC xəbər verir ki, kənd sakini Soltan Adışirinovun fərdi təsərrüfatında üçayaqlı quzu doğulub. Ev sahibi uzun illərin fermeri olsa da, təsərrüfatında ilk dəfə belə halla rastlaşdığını bildirib. Quzunun üç ayağı normaldır. Lakin sağda ön ayağının diz onurğasından aşağı hissəsi yoxdur.
Soltan kişi deyib: “Neçə ildir təsərrüfatla məşğulam, belə hadisə ilə ilk dəfədir qarşılaşıram. Kəndin baytarına müraciət etdim. Baxıb dedi ki, başqa hər hansı problemi yoxdur, normal quzudur”.
Üçayaqlı quzu sağlam quzular kimi gəzir, qidalanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [22:12]
Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib
- 06.05.2024 [21:05]
Yağış Kürdəmirdə fəsadlar törədib
- 06.05.2024 [20:42]
Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub
- 06.05.2024 [18:18]
Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV
- 06.05.2024 [17:56]
“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir
- 06.05.2024 [15:54]
Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi
- 06.05.2024 [15:39]