CƏMİYYƏT
Yasamal rayonunda yanğının baş verdiyi binanın sakinləri təxliyə olunub [YENİLƏNİB] VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
AZƏRTAC-ın hadisə yerindəki müxbiri xəbər verir ki, yanğın binanın iki mərtəbəsini əhatə edib. Binada yaşayan sakinlərin hamısı təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
X X X
17:47
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında yanğın hadisəsi olması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.