RƏSMİ XRONİKA


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Mehriban Əliyeva İrina Bokovanın Forumda iştirakından məmnunluğunu bildirib, bu beynəlxalq tədbirdə müzakirə edilən məsələlərin aktuallığını qeyd edib.

Söhbət zamanı UNESCO ilə Azərbaycan arasında sıx əməkdaşlığın qurulduğu, uğurlu birgə layihələrin reallaşdırıldığı vurğulanıb, ölkəmizin təşkilatla əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin