10 FEVRAL
![]() |
1998-ci il. Milli Məclis ümummilli lider Heydər Əliyevin ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və bununla bağlı tarixi qərar qəbul edib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb. Ulu Öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirib. |
|
|
1828-ci il. Çar Rusiyası ilə İran arasında Türkmənçay müqaviləsi imzalanıb. Sənədə əsasən, Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil olub. 1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürülüb. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 000 erməni köçürülüb. |
![]() |
1869-cu il. Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin doğum günüdür (1869-1932). C.Məmmədquluzadə hekayə və povestləri, dram əsərləri, məşhur “Ölülər” komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Yazıçı “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub. |
![]() |
1918-ci il. Azərbaycan ədəbiyyatında detektiv janrının banisi, yazıçı, nasir Cəmşid Əmirov anadan olub (1918-1982). Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlayan C.Əmirov “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və digər məşhur detektiv əsərlərin müəllifidir. |
![]() |
1903-cü il. SSRİ Xalq Artisti, bəstəkar, Matvey Blanterin doğum günüdür (1903-1990). M.Blanter məşhur “Katyuşa” mahnısının, “Futbol marşı”nın müəllifidir. |
|
|
2013-cü il. Azərbaycanın tanınmış elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Mahmud Kərimov vəfat edib (1948-2013). Radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayan M.Kərimovun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub. Akademik 2011-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi elmimizin beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunması istiqamətində səylə çalışıb. |
|
|
1837-ci il. Dahi rus şairi, yazıçı, dramaturq Aleksandr Puşkin vəfat edib (1799-1837). A.Puşkinin adı Azərbaycan tarixi və mədəniyyəti ilə qırılmaz tellərlə bağlıdır. Sadə, xalq dilinə yaxın, başadüşülən tərzdə yazan A.Puşkin “Yevgeni Onegin”, “Ruslan və Lyüdmila”, “Qaratoxmaq qadın”, “Kapitan qızı” və digər əsərlərin müəllifidir. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]
Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub
- 15.10.2026 [17:02]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:58]






