CƏMİYYƏT
10 KİLOQRAMDAN ÇOX HƏŞİŞİ SATMAQ İSTƏYƏNLƏR TUTULMUŞLAR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komitənin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi və Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə Baş İdarəsi əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçirmişlər. Şirvan şəhər sakinləri Yaqubov Sakit Sərxan oğlu, Bağırov Rəhman Zöhrab oğlu və Cəlilabad rayon sakinləri Cəfərov Nazim Rüstəm oğlu, Quliyev Elsevər Bəhlul oğlu Bakı şəhərində çəkisi 10 kiloqram 174,8 qram narkotik vasitə olan həşişi 50 min ABŞ dollarına satmaq istəyərkən tutulmuşlar.
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana piyada gələn Rzayev Vilayət Hüseyn oğlunun və Həsənov Yadulla Qənbər oğlunun üzərində yoxlamalar aparmışlar. Yoxlamalar zamanı V.Rzayevdən çəkisi 92,315 qram, Y.Həsənovdan isə 97,260 qram heroin aşkar edilərək gütürülmüşdür.
Faktlarla bağlı təhqiqat aparılır.