İDMAN


Kriştianu Ronaldodan növbəti xeyirxah addım

Bakı, 21 oktyabr, AZƏRTAC

Futbol üzrə Portuqaliya millisinin və İspaniyanın “Real Madrid” komandasının hücumçusu Kriştianu Ronaldo xeyirxah addımı ilə pərəstişkarlarını növbəti dəfə sevindirib.

AZƏRTAC xarici KIV-lərə istinadla xəbər verir ki, xeyirxahlığı və yardımsevərliyi ilə tanınan ulduz futbolçunun ölkəsində baş vermiş yanğın nəticəsində xəsarət alan 300-dən çox şəxsin müalicə xərclərini ödədiyi məlum olub. K.Ronaldonun bacısı Katya Aveyru “Facebook” səhifəsində bu barədə yayılan xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Portuqaliyanın Pedroqau Qrande regionunda baş vermiş yanğın nəticəsində 62 nəfər həlak olub və xeyli sayda insan xəsarət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.