İDMAN
Topaz Premyer Liqası: “Qəbələ” “Qarabağ”ı minimal hesabla məğlub edib
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının IX turunun son qarşılaşmasında “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Qəbələ Şəhər Stadionunda baş hakim Ömər Paşayevin idarə etdiyi matçın səkkizinci dəqiqəsində Asif Məmmədovun qolu ilə hesabı meydan sahibləri açıb. Oyunun ilk hissəsi bu hesabla da başa çatıb.
İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçsə də hesab dəyişməyib.
Bu oyundan sonra "Qarabağ" və "Qəbələ" komandalarının hər birinin 19 xalı var.
Turnir cədvəlinə isə "Qarabağ" başçılıq edir. "Qəbələ" isə bu oyunda aktivinə üç xal əlavə edərək ikinci pilləyə yüksəlib. Üçüncü yerdə 18 xalla "Zirə" qərarlaşıb.
Turnir cədvəlində digər pillələrdə müvafiq olaraq "Sumqayıt" (13), "Neftçi" (10), "Səbail" (9), "İnter" (8) və "Kəpəz"(4) yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [16:11]
“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb
- 19.03.2024 [15:02]
Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]