Göyçayda şair Əli Kərim adına şəhər parkı əsaslı təmir edilir










Göyçay, 4 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçayda şair Əli Kərim adına şəhər parkının əsaslı şəkildə yenidən qurulması işləri başa çatmaq üzrədir. Parkda əhalinin istirahətinin mənalı təşkili üçün lazımi şərait yaradılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vaxtilə parkın ərazisində dəfn edilən Göyçayın tanınmış şairləri Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları bərpa olunub, ətrafı abadlaşdırılıb. Əli Kərimin heykəli parkın mərkəzinə gətirilərək ətrafına mərmər döşənib. Parkın ərazisinə tamet plitələr döşənib, su xətti çəkilib, yeni işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, gül kolları əkilib, yaşıllıq sahəsi salınıb. Parkın giriş qapısı yenidən qurulub. Parkda son tamamlama işləri görülür.
Həmçinin parkda yerləşən “31 Mart - Azərbaycanlıların Soyqırımı” abidə kompleksi əsaslı təmir edilir, ətrafında abadlıq işləri aparılır.