ELM VƏ TƏHSİL
Azərbaycan “Vikipediya”da üç pillə irəliləyib

Bakı, 22 dekabr, AZƏRTAC
Bu ilin dekabrında Azərbaycan dilində olan “Vikipediya” (Azviki) üç pillə irəliləyərək latın və özbək dillərində olan sadələşdirilmiş ingiliscə “Vikipediya”nı keçərək 50-ci pilləyə yüksəlib.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasından (MEK) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan dilində “Vikipediya” türkcə “Vikipediya”dan sonra üçüncü yerdədir.
“Vikipediya”nın Azərbaycan dilində olan bölməsində hazırda 130 min 230 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Hədəf ən qısa zamanda 40-cı pilləyə yüksəlmək və beləliklə, həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.
MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən “Vikipediya” elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir. Mərkəzdə “Vikipediya” ilə bağlı seminar, görüş və tədbirlər təşkil edilir.