Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Davos Forumu: Azərbaycan reallıqlarının etirafı

Davos Forumu: Azərbaycan reallıqlarının etirafı

İsveçrənin dağ-kurort şəhəri olan Davosda növbəti Dünya İqtisadi Forumu keçirilib. Tədbirdə çoxlu sayda siyasi lider, mütəxəssis, ekspert və ictimai xadimlər iştirak ediblər. Foruma 70-dən artıq ölkənin dövlət və hökumət başçısı qatılıb. Bütövlükdə 100-dən çox ölkədən 3 minə yaxın nümayəndə iştirak edib. Prezident İlham Əliyev də tədbirdə iştirak edib. Dövlət başçısı 30-a yaxın görüş keçirib, Azərbaycan üçün əhəmiyyətli olan məsələləri müzakirə edib. Forumda əhəmiyyət daşıyan məqamlar sırasında ənənəvi inklüziv indeksin müəyyənləşməsində Azərbaycanın əldə etdiyi nəticə də olub. Ölkəmiz həmin indeks üzrə inkişaf edən ölkələr arasında 3-cü yeri tutub. Onu xatırladaq ki, inklüziv indeks ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanır. Mütəxəssislərin rəyinə görə, o, insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir. Bu ilki hesabatda Azərbaycan 7 mümkün baldan 4,69-nu toplayaraq, Litva və Macarıstandan sonra 3-cü yeri tutub. Forumda dövlət başçısı çıxış edərək geosiyasi aspektdə çox maraqlı məqamlara toxunub. Azərbaycanın əldə etdiyi uğurların fonunda Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərin geniş təhlilinə ciddi ehtiyac var.

Qonşuluq siyasəti: Azərbaycan dünyaya nümunə göstərir

Ənənəvi Davos İqtisadi Forumu həmişə mütəxəssislərin böyük marağına səbəb olur. Bu tədbirdə dünya iqtisadiyyatı və siyasəti üçün aktual olan məsələlərin yüksək səviyyədə müzakirə edildiyi bir qayda olaraq qəbul edilib. Hətta Davosda ekspertlər dünya geosiyasəti üçün əhəmiyyəti olan proqnozlar da verirlər. 2017-ci il üçün verilmiş proqnozların böyük əksəriyyəti özünü doğrultdu. Burada söhbət qlobal miqyasda özünü göstərə biləcək risklərdən gedirdi.

2018-ci il yanvarın 23-də işə başlayan Forumda da dünya üçün kifayət qədər əhəmiyyətli məsələlər müzakirəyə çıxarılmışdı. Azərbaycan Prezidenti “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib. Aydındır ki, bu iclas bütövlükdə Avrasiya üçün çox aktual olan problemə həsr edilib. Çünki hazırda bütövlükdə planet üçün əhəmiyyəti olan proseslər məhz Avrasiyada cərəyan edir. Burada ziddiyyətlər, risklər və təhdidlərlə yanaşı, əməkdaşlığın perspektivləri də liderləri maraqlandırır.

Bu baxımdan tədbirin aparıcısının Azərbaycan Prezidentinə “bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaqdır” sualı ilə müraciət etməsi təsadüfi deyildi (bax: Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib (AZƏRTAC, 23 yanvar 2018).

Dövlət başçısı İlham Əliyevin bu suala cavabı nəzəri-konseptual və praktiki aspektdə müasir dövrdə qonşuluq siyasətinin ən gözəl nümunəsi sayıla bilər. İlham Əliyev ifadə edib: “Sözsüz ki, qonşuluq problem də ola bilər, üstünlük də. Bu, sizin siyasətinizdən və qonşularla əlaqələrdən asılıdır. Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda” (bax: əvvəlki mənbəyə).

Burada müasir qloballaşma şəraitində suveren ölkələrin bir-birinə münasibətlərinin mühüm bir prinsipi ifadə edilib. Azərbaycanın dövlət başçısı dünya dövlətləri arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu bir mərhələdə belə, xarici siyasətin pozitiv məzmun kəsb etməsi zərurətini bir daha xatırladır. Yəni qloballaşma özlüyündə hər şeyi yoluna qoymur, gərək dövlət başçısının əməkdaşlığa yönəlik siyasi iradəsi olsun. Buna görə də qonşuluq problem də ola bilər, üstünlük də. Məsələn, Ermənistan üçün qonşuluq problemdir, Azərbaycan üçün üstünlük. Ermənistan qonşu ölkələrə ərazi iddiasında olur, onlara qarşı təcavüzkar davranır, bu səbəbdən onun üçün Avrasiya ziddiyyətlər məkanıdır. Erməni dövləti İrandan başqa bütün qonşularına qarşı iddialarla çıxış edir – Azərbaycana, Türkiyəyə və Gürcüstana onun əsassız iddiaları barədə KİV geniş informasiyalar yayıb.

Azərbaycan üçün isə situasiya tamamilə fərqlidir. Bakı üçün qonşularla münasibət prioritetdir ki, təcavüzkar istisna olmaqla onların hər biri ilə bütün sahələrdə əməkdaşlıq uğurla davam edir. Rusiya, Türkiyə, Gürcüstan, İran, Türkmənistan, Qazaxıstanla Azərbaycanın strateji xarakterli əlaqələri hamıya məlumdur. Azərbaycan yaxın qonşularla yanaşı, Avrasiya məkanı ölkələri ilə də sıx əməkdaşlıq strategiyasına sadiqdir. O cümlədən “Yeni İpək Yolu” layihəsi çərçivəsində Azərbaycanın fəallığı inkaredilməzdir. Bunu konkret layihələrdə də görmək olar. TAP, TANAP, "Cənub Qaz Dəhlizi", Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və başqa beynəlxalq layihələr Azərbaycan rəhbərliyinin qonşuluq və Avrasiya səviyyəsində yeritdiyi siyasətin bariz nümunələridir.

Qarşılıqlı etimad: regional əməkdaşlıqdan qlobal inteqrasiyaya

Azərbaycan rəhbərliyi regional əməkdaşlığı yeni keyfiyyət səviyyəsinə yüksəltmək üçün yeni əməkdaşlıq formatları da təklif edib. Üçtərəfli əməkdaşlıq formatları artıq özünün müsbət nəticələrini verməkdədir. Sözsüz ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir.

Dövlət başçısının vurğuladığı məqamlar çox əhəmiyyətli başqa bir məqama da işarə verir. Məsələ ondan ibarətdir ki, Azərbaycana yaxın və uzaq qonşuların münasibətlərinin necə olması da ciddi əhəmiyyət kəsb edir. Bunun fəlsəfəsinin başlıca prinsipini də Prezident İlham Əliyev Davosda ifadə edib. Ölkə rəhbəri fikrini inkişaf etdirərək vurğulayıb: “Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır” (bax: əvvəlki mənbəyə).

Bəli, məsələnin bu tərəfi Davosda aparıcının verdiyi sual kontekstində də çox vacib məqama bağlıdır. Çünki məsələ yalnız Azərbaycanın mürəkkəb və ziddiyyətli regionda həyata keçirdiyi siyasətlə tamamlanmır. Azərbaycana yönəlik güdülən siyasi məqsədlər də əhəmiyyət kəsb edir. Ona görə ki, Azərbaycanın təhlükəsizliyi təmin edilməli, onun ərazi bütövlüyü qorunmalı və suverenliyinə hörmət edilməlidir. Bütün bunlara daxildə heç bir təhlükə yoxdur. Səbəbi ondan ibarətdir ki, Azərbaycanın daxili siyasəti tam demokratik məzmun kəsb edir.

Ölkədə hər bir vətəndaşın hüquq və azadlıqları təmin olunub. İlham Əliyev qətiyyətlə bu bağlılıqda bəyan edib ki, “Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir” (bax: əvvəlki mənbəyə). Aparılan daxili siyasət heç bir etnik və dini mənsubluğa fərq qoymadan bütün ölkə cəmiyyəti üzvlərinə eyni dərəcədə aiddir. Azərbaycan regionda yeganə dövlətdir ki, multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir.

Lakin təcrübə göstərir ki, bəzi yaxın və uzaq qonşular bu reallığı düzgün qiymətləndirmir və Azərbaycana xaricdən neqativ təsirlər göstərməyə çalışaraq daxili sabitliyi pozmağa cəhd edirlər. Azərbaycanı əsassız və süni olaraq ittiham etməyə çalışır, onun antidemokratik ölkə obrazını yaratmağa cəhd göstərir, müxtəlif böhtan kampaniyaları təşkil edirlər. Azərbaycanda siyasi məhbus və insan haqlarının pozulması hallarının axtarışında olanlar da vardır. Təəssüf ki, belələri Azərbaycanın Avropadakı tərəfdaşları sırasında da var.

Ancaq Bakı bütün bu qərəzlərə sivil, demokratik və milli maraqlara dayanan mövqeyi ilə qarşılıq verir. Prezident İlham Əliyev Davosda məsələnin bu aspektini ayrıca vurğulayıb. Bununla aydın olur ki, Azərbaycan haqqında ağlasığmayan, iftira dolu, yalan məlumatlar yayanlar əsas olaraq xaricdədirlər. Məhz onlar, ilk növbədə, özlərinin “qonşuluq” anlayışına yenidən baxmalı və ədalətli mövqe tutmalıdırlar.

Əslində, Azərbaycanın əldə etdiyi uğurları Davosda mütəxəssislər etiraf edirlər. Ölkəmiz rəqabətə davamlılıq üzrə MDB ölkələri arasında liderdir. Builki Forumda isə Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında 3-cü yerə layiq görülüb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iqtisadiyyatın şaxələndirilməsi uğurla davam edir. Azərbaycanda artıq milli gəlirin 70%-i qeyri-neft sektorunun payına düşür. Bu o deməkdir ki, ölkə xammala deyil, yüksək texnologiyaya, elmə, biliyə, postsənaye mərhələsinin aparıcı faktorlarına əsaslanan inkişaf xəttinə çıxıb. Bu da böyük perspektivlər vəd edir.

Beləliklə, Davos Forumu bir daha Azərbaycanın regionda getdikcə artmaqda olan nüfuzunun real sosial-iqtisadi, siyasi, mədəni, energetik parametrlərə dayandığını nümayiş etdirdi. Ölkəmizə qarşı nə qədər qərəzli olsalar da, faktlar qarşısında geri çəkilməyə məcburdurlar. Belə ki, Azərbaycan hər il əldə etdiyi nailiyyətlərlə dünyanın sivil, demokratik, dinamik inkişaf edən ölkələri sırasında yer aldığını konkret faktlar əsasında dünyaya sübut edir. Davos Forumu da bu bağlılıqda istisna deyil.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi