MƏDƏNİYYƏT


Rumıniyanın Kluj şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi açılır

Buxarest,13 fevral, AZƏRTAC

Rumıniyanın Kluj şəhərində Babeş-Bolyay Universitetinin nəzdində fəaliyyət göstərən Türkologiya İnstitutunda Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın Azərbaycandakı keçmiş səfiri, Türkologiya İnsitutunun direktoru Profesor Tahsin Cəmil məlumat verib. O bildirib ki, Rumıniyanın Babeş-Bolyai Universitetinin Senatı Azərbaycan Dillər Unıversiteti ilə saziş layihəsini təsdiq edib və bunun nəticəsi olaraq Universitetin nəzdində fəaliyyət göstərən Türkologiya İnsitutunda Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq.

T.Cəmil Mərkəzə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsini iclasda təklif edib. Direktorun fikrincə Mərkəz bütün rəsmiləşməni keçəndən sonra yay aylarından fəaliyyətə başlayacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.