DÜNYA


İran Fövqəladə Hallar Mərkəzi: Qəzaya uğrayan təyyarənin göyərtəsində 65 sərnişin olub

Tehran, 18 fevral, AZƏRTAC

İranın Fövqəladə Hallar Mərkəzinin yaydığı məlumata görə, göyərtəsində 65 sərnişin olan təyyarə İsfahan şəhəri yaxınlığında qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, təcili tibbi yardım mərkəzinin həkimləri, polis və Fövqəladə Hallar Mərkəzinin əməkdaşları hadisə yerinə yola düşüblər.

İranın Fövqəladə Hallar Mərkəzi hadisə haqqında əlavə məlumat veriləcəyini bildirib.

Sərnişinlər arasında ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.