Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Mart soyqırımı – tarixin ən dəhşətli cinayəti

Mart soyqırımı – tarixin ən dəhşətli cinayəti

Bakı, 28 mart, AZƏRTAC

Tarixi hadisələrin düzgün işıqlandırılması bu günün ən vacib məsələlərindəndir. Azərbaycan xalqının başına elə faciələr gətirilib ki, onlar haqqında nə gənc nəslin, nə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı var. Uzaq və yaxın keçmişdə cərəyan edən hadisələri yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq ziyalılarımızın, alimlərimizin borcudur. Bu mənada Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı ermənilərin əsrlərdən bəri azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətini araşdırıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq kimi mühüm vəzifəni qarşıya qoyur. Bakı Slavyan Universitetinin azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Sadir Məmmədovun AZƏRTAC-a təqdim etdiyi yazıda 1918-ci il martın 31-də Bakı kommunası və erməni şovinistlərinin Azərbaycanda törətdikləri kütləvi qırğınlardan, qətliamlardan bəhs olunur.

S.Məmmədov qeyd edir ki, ermənilər bu soyqırımı törətməklə bəşər tarixində ən qanlı səhifələrdən birini yazıblar. 31 mart soyqırımı əsl hüquqi-siyasi qiymətini yalnız Azərbaycan dövləti müstəqilliyə qovuşduqdan sonra alıb. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində erməni təcavüzkarlarının terror hərəkətlərinə hüquqi-siyasi qiymət verilib. Belə ki, Ulu Öndərin imzaladığı müvafiq Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından, bir növ, proqram xarakterli sənəddir. Əsrlərboyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbit edilib. Fərmanda deyilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Sənəddə ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə toxunulub, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti mükəmməl əksini tapıb. Tarixboyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən – hələ XIX əsrin əvvəllərində, 1828-ci ildə “erməni vilayətinin” yaradılması, 1848-ci ildə isə “İrəvan quberniyasının” təsis edilməsi rus-erməni işbirliyinin nəticəsi olub. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirmək, bu torpaqlarda erməni dövləti qurmaq məqsədi güdüblər.

XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanıb və planlı xarakter alıb. Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “böyük Ermənistan” dövləti qurmağa niyyətlənən ermənilər “Daşnaksütyun” (1880, Tiflis), “Erməni vətənpərvərləri ittifaqı” (1885, Nyu-York), “Qncaq” (1887, Cenevrə) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəldiblər. Həmin təşkilatların fəaliyyət proqramında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tutub. Bu terror təşkilatları 1890-1892-ci illərdə ilk dəfə Osmanlı dövlətinin şərqində 65 min günahsız insanı qətlə yetirib. 1905–1907-ci illərin Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün “geniş imkanlar” açıb. Qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törədib, 75 Azərbaycan kəndini talan ediblər. 1905–1907-ci il inqilabından sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi davam etdirilib. Bunu Rusiya imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyir. 1916-cı ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq 570 min nəfər təşkil edib. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı cəmi 4,6 dəfə artıb. Hətta bu qədər sıxışdırılma və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılardan ibarət olub.

1914-cü ildə başlanan Birinci Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar ermənilərin “böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaradıb. 1915-ci ilin əvvəllərində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başlayıb. Rusiya ordusuna arxalanan ermənilər Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutublar. 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan imperiya ordusunu əvəz edən erməni hərbi birləşmələri başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə zülm veriblər. Nəticədə 1918-ci ilin martınadək İrəvan quberniyasında 199 azərbaycanlı kəndi tamamilə dağıdılıb və yandırılıb. Bu ərazidə yaşayan 135 min Azərbaycan türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilib, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olublar. Bu qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz məsələləri üzrə fövqəladə komissar təyin olunmuş Stepan Şaumyan rəhbərlik edirdi. Belə bir vəziyyət S.Şaumyana Cənubi Qafqazda sovetləşmə siyasətini həyata keçirmək üçün real imkanlar verirdi. Bakıdakı müsəlman hərbi qulluqçuların Lənkəranda könüllülərə silah göndərməyi qərara almasından istifadə edən S.Şaumyan Azərbaycanın bu cənub şəhərinə silah və sursat göndərilməsinə mane olmaq barədə əmr verib. Atışma başlanıb, ölənlər və yaralananlar olub. Bu, münaqişə üçün bir bəhanə olub. S.Şaumyan rusları və erməniləri qızışdıraraq azərbaycanlıların üstünə göndərib və Bakıda müsəlman əhalisinin qətlə yetirilməsinə başlanılıb. Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutub. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törədiblər. Martın 31-də və aprelin 1-də qırğınlar xüsusilə kütləvi xarakter alıb. Üç gün ərzində Bakıda 30 min insan qətlə yetirilib. S.Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını talan edib, müsəlmanların bir çox ziyarətgahlarını dağıdıb. Daşnaklar və bolşeviklər Təzəpir məscidini topa tutub, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurublar. İrəvan azərbaycanlılarının çox sayda müraciətlərinin birində deyilirdi: “Biz, erməni təcavüzkarlarına qarşı mübarizəyə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Göründüyü kimi, azərbaycanlılara qarşı açıq-aşkar soyqırımı həyata keçirən ermənilər Bakı da daxil olmaqla, bütün Azərbaycanı özlərinin ərazisinə çevirmək niyyətində idilər. Xalqımız uzun illər bu gerçək tarixdən məlumatsız olub, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənib. Dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzərində S.Kirovun heykəlini ucaltdılar, ətrafında istirahət parkı salındı. Bu mənada, ümummilli lider Heydər Əliyevin 20 il bundan əvvəl imzaladığı müvafiq Fərman 200 illik işğal və soyqırımı siyasətinə qarşı çıxarılan tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və Vətənə bağlılığı baxımından da çox əhəmiyyətlidir. Tarixi şərait səbəbindən ötən iki əsrdə cərəyan edən hadisələrə, xalqın faciələrinə obyektiv qiymət vermək mümkün olmayıb. Bunun nəticəsində ermənilər ötən illər ərzində özlərinin saxta iddialarını ictimailəşdirməyə, “erməni soyqırımı” adlı avantüranı geosiyasi amilə çevirməyə cidd-cəhdlə çalışıblar. Lakin tarixi faktlar onu göstərir ki, havadarlarına arxalanan ermənilər bu faktları dünya ictimaiyyətindən gizlətsələr də, tarix bu faktları çağdaş zəmanəmizə qədər qoruyub saxlayıb.

H.Baykara 1918-ci ilin mart qırğınlarından bəhs edən “Azərbaycan istiqlal mübarizəsi tarixi” əsərində yazır: “Türklərin mağazaları talan edildi, evlər yandırıldı. Bu barədə mənim üçün yazmaq olduqca ağırdır. Türk qadınları saç-saça bağlanaraq çılpaq gəzdirildikdən sonra müxtəlif şəkildə təcavüzlər, öldürmələr və daha başqa cinayətlər... törədildi. Təcavüzlər bununla bitmədi. Erməni, rus könüllü dəstələri Şamaxı, Salyan, Kürdəmir, Quba və Lənkərana da hücum etdilər, bu yerlərdə də Bakıda olduğu kimi, qırğınlar, talanlar və tarixdə görünməyən cinayətlər törədildi”.

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir. Dövlət başçısının soyqırımı ilə bağlı xalqa müraciətində vurğuladığı kimi: “Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik”. Həmin müraciətin nəticəsidir ki, Heydər Əliyev Fondu soyqırımı ilə bağlı yüzlərlə materialın xaricdə sərgisini təşkil edib. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr edilmiş kitab və bukletlər xarici ölkələrdə yayımlanıb.

Bu gün dünya ictimaiyyətinin hər bir üzvü, xüsusilə hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən bu faciələrdən xəbərdar olmalı və tarixdən ibrət dərsi götürməyi bacarmalıdır. Bəşəriyyət əleyhinə cinayətlərdən sayılan ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrinə veriləcək qiymət isə bu problemi tarixi faktlara əsasən dünya ictimaiyyətinə çatdırmağımızdan, onun doğru-düzgün təbliğindən asılıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub