Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

Ulu öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti generalları

Ulu öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti generalları

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub. Ulu öndərimiz Heydər Əliyev bunu həmişə yüksək dəyərləndirirdi.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”. Bu zəmin 1991-ci ildə gerçəkləşdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.

“Azərbaycan Xalq Cümhuriyyəti İli” – 2018-ci il həm də Azərbaycan Ordusunun 100 illik yubiley ilidir.

AZƏRTAC bu münasibətlə tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanovun məqaləsini təqdim edir.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olan ən əsas məsələlərdən biri də ölkə ordusunun yenidən qurulması, ordunun, xalqın və bütün cəmiyyətin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə səfərbər edilməsi idi. Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyarlardan biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi o, Azərbaycan xalqından miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir, ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ilə bağlı çıxışlarında hər bir vətəndaşı bu tarixə tapınmağa çağırırdı. Ulu Öndərin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, sevgi tarixi idi və bu tarixə sədaqət müstəqilliyin yaşarılığına real zəmin yarada bilərdi. Azərbaycan xalqının Ümummilli Lideri bildirirdi: “Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissidir. Güman edirəm ki, xalqımız tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir”. Başqa bir çıxışında Heydər Əliyev deyirdi: “Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır”, “Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır”.

Ümummilli Lider xalqımızın qəhrəmanlıq tarixini yüksək qiymətləndirirdi və şübhə etmirdi ki, Azərbaycan xalqı bu tarixi ənənələri yaşadacaq, əcdadlarının yolunu davam etdirərək ölkənin müstəqilliyinin müdafiəsinə qalxacaq.

Heydər Əliyev bildirirdi ki, Azərbaycanın gənc nəslinin, onun ordusunun şəxsi heyətinin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlarda qələbəyə dərin inam, Vətənə və torpağa sarsılmaz sədaqət hisslərinin aşılanması da xalqın qəhrəmanlıq tarixinin öyrənilməsi ilə daha təsirli və səmərəli ola bilər. Bu günün və sabahın ən yaxşı qəhrəmanlarının, vətənpərvərlərinin, xalqın tarixi qəhrəmanlarının timsalında yetişdirilməsi daha realdır. Hələ ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin ilk peşəkar hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov Azərbaycanın hərb tarixinin öyrənilməsinin qoşunların mənəvi-psixoloji əhval-ruhiyyəsinin sağlamlaşdırılması istiqamətindəki rolu barədə deyirdi: “Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla - M.S.) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan - M.S.) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan - M.S.) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır”.

Heydər Əliyev də məhz belə bir qəhrəmanlıq tarixini və qəhrəmanlıq ənənələrini xalq üçün nümunə göstərirdi. Qəhrəmanlıq tariximizin öyrənilməsi həm də Azərbaycanın hər bir əsgərinin və zabitinin dünyagörüşünü, onun hərbi təfəkkürünü genişləndirərdi ki, bu da Vətən qarşısındakı xidməti vəzifəyə şüurlu münasibətin zəruri tərəfi idi.

Ulu Öndər çıxışlarında Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış sərkərdələrin adlarını qürurla çəkir və onların qəhrəmanlıqlarını müasirlərə nümunə göstərirdi. Dahi şəxsiyyətin istinad etdiyi belə sərkərdələr arasında Cümhuriyyət generalları olan Səməd bəy Mehmandarovla Əlağa Şıxlinskinin adları xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə general Əlağa Şıxlinskinin 150, general Səməd bəy Mehmandarovun 160 illik yubileyləri bütün respublika miqyasında qeyd edilib.

Səməd bəy Sadıq bəy oğlu Mehmandarov hələ çar Rusiyası ordusu tərkibində xidmət edərkən artilleriya üzrə tam general (general-polkovnik) rütbəsinə qədər yüksəlmişdi. S.Mehmandarov Azərbaycanın hərb tarixində Hüseyn xan Naxçıvanskidən sonra bu yüksək hərbi rütbəyə layiq görülmüş ikinci azərbaycanlı idi. Əlağa Şıxlinski isə bu rütbəyə S.Mehmandarovun təqdimatı əsasında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə layiq görülmüşdü.

Ümummilli lider Heydər Əliyev bu generalları həm Birinci Dünya müharibəsinin, həm də Azərbaycan Xalq Cümhuriyyətinin iştirakçısı kimi yüksək qiymətləndirirdi. Heydər Əliyev hər iki generalın Port-Artur müharibəsinin iştirakçısı olmasını vurğulayaraq deyirdi: “Rus ordusunda böyük hörmət qazanmış Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski tariximizdə adlarını çəkdiyim generallara nisbətən daha da tanışdırlar. Onlar Rusiya-Yaponiya müharibəsində iştirak etmişlər, qəhrəmanlıq nümunələri göstərmişlər, sonra isə 1918-ci ildən başlayaraq Azərbaycanda Silahlı Qüvvələrin yaranmasında böyük xidmətləri olmuşdur”.

Səməd bəy Mehmandarovla Əlağa Şıxlinskinin digər hərbçilərə nisbətən daha çox məşhur olmasını Heydər Əliyev də qeyd edirdi. Onlar bu şöhrəti Port-Artur cəbhələrində, xüsusilə də Birinci Dünya müharibəsi cəbhələrində qazanmışdılar. Səməd bəy Mehmandarov Port-Artur cəbhəsində ikən general-mayor rütbəsinə layiq görülmüşdü. Rus ordusunun Port-Arturda məğlub olmasına baxmayaraq, Səməd bəyin general rütbəsinə layiq görülməsi də onun bir hərbçi kimi malik olduğu potensialdan xəbər verirdi.

İstər S.Mehmandarovun, istərsə də Ə.Şıxlinskinin xidməti, həyatının daha mühüm səhifələrindən biri olan Birinci Dünya müharibəsi ilə bağlıdır. Əslində, bu müharibə Azərbaycanın hərbçilər nəslinin yetişməsinin sınaq meydanı oldu. Müharibənin başlanğıcında Ə.Şıxlinski Petroqradın topçu rəisi idi. Sonrakı illərdə o, bir neçə məsul vəzifələrə təyin edildi və 1917-ci ilin aprelində general-leytenant rütbəsinə layiq görüldü. Səməd bəy Mehmandarov isə Birinci Dünya müharibəsi başlayanda piyada diviziyasının komandiri idi. O, 1915-ci ildə isə 2-ci Qafqaz korpusuna rəhbərlik edirdi. Elə həmin ildə də tam artilleriya generalı rütbəsinə layiq görüldü. Birinci Dünya müharibəsinin gedişində S.Mehmandarovla Ə.Şıxlinski istedadlı və təcrübəli generallar kimi tanındılar və tapşırılan sahələrdə hərbi uğurları təmin etdilər. Birinci Dünya müharibəsinin sonlarında Rusiyada baş verən çevrilişlərdən sonra ordunun siyasiləşməsi, siyasi iddialar fonunda hərbi savadın, təcrübənin, istedadın arxa plana keçməsi bu generalların hər ikisinin istefaya çıxması ilə nəticələndi və bununla da onların sonrakı taleyi Azərbaycanla bağlandı.

Bu generalların daha böyük uğurları Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil milli ordusunun formalaşdırılması sahəsindəki xidmətləri ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev bu dövrdə S.Mehmandarovun, Ə.Şıxlinskinin və digərlərinin tarixi xidmətlərinə aşağıdakı kimi qiymət verirdi: “1918-ci ildə Xalq Cümhuriyyəti, Azərbaycanın ilk demokratik hökuməti dövlət quruculuğu işini çox mürəkkəb və çətin bir dövrdə apardığı zaman Silahlı Qüvvələrin yaranmasına və ordu quruculuğuna xüsusi əhəmiyyət vermiş, qayğı göstərmişdir”.

Ümummilli lider Heydər Əliyev 2003-cü ilin iyununda Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə göndərdiyi təbrikində Cümhuriyyət dövründə aparılan ordu quruculuğuna və bu prosesdə Səməd bəy Mehmandarovla Əlağa Şıxlinskinin xidmətlərinə belə qiymət verirdi: “Azərbaycanda ordu quruculuğu prosesi çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək intizama və hərbi hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırılmışdı. Azərbaycanın yeni yaradılmış ordusu Ermənistanın təcavüzünün qarşısının alınması, Qarabağda və digər ərazilərdə separatçı hərəkatların yatırılması və ölkə sərhədlərinin qorunmasında mühüm rol oynamış, öz hərbi qabiliyyətini nümayiş etdirə bilmişdi”.

Cümhuriyyətin ordu quruculuğu Heydər Əliyev tərəfindən çox yüksək qiymətləndirilib. Ulu Öndər vurğulayırdı ki, çətin şəraitdə olmasına baxmayaraq, Cümhuriyyət ordusunun rəhbərləri yüksək intizama və hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırdılar. “Bu qüvvələr uğurlu işlər gördülər və Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara qarşı mübarizə apardılar”.

Heydər Əliyevin bu fikirləri Cümhuriyyət ordusunun formalaşma və fəaliyyət tarixinə qısa bir baxışdır. Onun bu müxtəsər fikrinin arxasında isə son dərəcə gərgin və yorulmaz bir fəaliyyət dayanır. Cümhuriyyət ordusunun təşkilati baxımdan formalaşdırılması, ordu quruculuğunun hüquqi bazasının hazırlanması, milli zabit kadrlarının hazırlığının təşkilatlandırılması, hərbi işdən uzaq düşmüş olan əhali arasında çağırış və səfərbərlik işinin qurulması, ordu quruculuğunun milli dəyərlər üzərində aparılması, ordu ilə xalq arasında qırılmaz əlaqələrin yaradılması, ordunun şəxsi heyətində Azərbaycanın müstəqilliyinə dərin sədaqət hisslərinin tərbiyələndirilməsi, bir-birinin ardınca piyada və süvari hissələrinin yaradılması, Azərbaycanın hərbi hava qüvvələrinin və hərbi dəniz qüvvələrinin əsasının qoyulması və s. işlər Səməd bəy Mehmandarovla Əlağa Şıxlinskinin rəhbərliyi altında aparılan uğurlu işlərin müxtəsər statistikasıdır. Bu sahələrdə əldə edilən nəticələrin dəyəri isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində özünü göstərdi. 1919-cu ilin yazında və yayında Səməd bəy Mehmandarovun rəhbərliyi altında Azərbaycanın şimalında və Abşeron yarımadasında aparılan güclü müdafiə işləri Denikin ordusunu Azərbaycana hücumdan çəkindirdi. Elə həmin ilin yayında Lənkəran bölgəsində baş vermiş separatçılıq hərəkatına son qoyuldu. 1920-ci ilin yazında Qarabağda erməni təcavüzünə qarşı aparılan uğurlu mübarizə S.Mehmandarovla Ə.Şıxlinskinin rəhbərliyi altında yaradılan ordunun qəhrəmanlıq tarixinə yazılmalı olan şərəfli bir səhifədir.

Heydər Əliyev bu iki sərkərdənin xidmətlərini yüksək qiymətləndirirdi: “Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski uzun müddət çar Rusiyasının ordusunda xidmət edəndən, Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Ordusunun yaranmasına rəhbərlik edəndən sonra Azərbaycan Sovet Sosialist Respublikasında da ordu qurmaq, yaratmaq, azərbaycanlılara hərbi təhsil, təlim vermək işləri ilə məşğul olmuşlar. Bu, çox maraqlıdır, səciyyəvidir, amma eyni zamanda təbiidir. Çünki hərbi peşə, ixtisas birinci növbədə hərbi təhsil, təcrübə, bilik, hərbi təlim-tərbiyə, döyüş təcrübəsi tələb edir. Bunlar olmayanda ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq mümkün deyildir. Əgər bunlar, peşəkar hərbçilər varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə etmək olar. Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski buna əyani sübutdur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib