REGİONLAR
117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə 222 bələdiyyə üzvü yeri uğrunda 769 namizəd mübarizə aparacaq
Oğuz, 21 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
117 saylı Oğuz-Qəbələ seçki dairəsində dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatdırılıb, seçki məntəqələri səsverməyə tam hazır vəziyyətə gətirilib.
Dairə seçki komissiyasının sədri Rəsul Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə 24 bələdiyyəyə 222 nəfər üzv seçiləcək. Bu bələdiyyələrin 15-i Oğuz, 9-u isə Qəbələ rayonunun ərazisində fəaliyyət göstərir. Oğuz rayonu üzrə 137, Qəbələ rayonunun bu dairəyə aid ərazisində isə 85 nəfər bələdiyyə üzvü seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı isə 769 nəfərdir. Namizədlərdən 254 nəfəri YAP və digər siyasi partiyaları təmsil edirlər. 515 nəfərin namizədliyi öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə, ümumilikdə, 720 müşahidəçi qeydə alınıb.
Dairənin tərkibinə daxil olan 61 seçki məntəqəsinin 37-si Oğuzda, 24-ü isə Qəbələ rayonu ərazisində yerləşir. Səsvermənin şəffaf və demokratik keçirilməsi üçün bütün seçki məntəqələri lazımi texniki avadanlıq və vasitələrlə təchiz edilib. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 47 min 107 nəfərdir.