CƏMİYYƏT


Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib

Bakı, 10 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür.

Avqustun 10-da səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Ucar mərkəzi rayon xəstəxanasında Ucar, Göyçay, Kürdəmir, Ağsu rayonlarının sakinlərini qəbul edib.

Qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və bir sıra digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində öz həllini tapıb.

Nazirliyin səlahiyyətlərində olmayan məsələlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.