CƏMİYYƏT


11 min şəxsə təyin olunan birdəfəlik ödəməyə görə 67 milyon manat vəsait ayrılıb

Bakı, 2 avqust, AZƏRTAC

11 min Birinci Qarabağ müharibəsi əlilinə təyin edilən birdəfəlik ödəməyə görə 67 milyon manat vəsait ayrılıb.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov avqustun 2-də Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə həsr olunmuş mətbuat konfransında deyib.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.