Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanın mövcud turizm infrastrukturu indikindən 3-5 dəfə çox turist qəbul etmək iqtidarındadır VİDEO

Turizm müəssisələrində uçot, hesabatlılıq və audit məsələləri müzakirə olunub

Xaçmaz, 26 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Ekspertlərin qiymətləndirmələrinə görə, Azərbaycanın mövcud turizm infrastrukturu indikindən 3-5 dəfə çox turist qəbul etmək iqtidarındadır. Yəni, hazırda ölkəyə gələn turistlərin sayı mövcud potensialdan geri qalır. Çalışmaq lazımdır ki, turizm respublikamızda qeyri-neft sektoru sahələri arasında daha qabaqcıl mövqe qazansın və ölkəmizə daha çox xarici valyuta axınını təmin etsin.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə oktyabrın 26-da Azərbaycan Respublikasının Auditorlar Palatası və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində keçirilən “Turizm müəssisələrində şəffaflığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi məsələləri” mövzusunda regional seminar-müşavirədə danışılıb.

Tədbirdə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının yerli icra hakimiyyəti orqanlarının, müvafiq iqtisadi qurumların nümayəndələri və turizm müəssisələrinin rəhbərləri iştirak ediblər.

Seminar-müşavirədə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlığını və davamlığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi önəm daşıyır.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova müasir dünyada turizmin hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayıldığını qeyd edib. Bildirilib ki, Azərbaycanda da bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşılır. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Rüstəm Mehtizadə son dövrlər ölkəmizdə turizm sahəsində aparılan genişmiqyaslı işlərin əhəmiyyətini nəzərə alaraq, bu sahədə şəffaflığın artırılması üçün zəruri olan hesabatlılıq və uçota dair maarifləndirmənin, metodiki dəstəyin həyata keçirilməsinin vacibliyindən danışıb.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov seminarın əhəmiyyətindən söz açaraq bildirib ki, turizm sahəsi yüksək inkişaf tempinə görə son yüzilliyin iqtisadi fenomeni kimi dəyərləndirilir. Dünya iqtisadiyyatında turizm yalnız neftçıxarma ilə rəqabətdədir. Son illərdə dünya iqtisadiyyatında turizmdən gələn gəlir avtomobil sənayesinin gəlirlərini üstələməkdədir. Təsadüfi deyil ki, turizm dünyada ümumi gəlirin 10 faizə qədərini təmin edir. Bu sahə valyuta daxilolmalarının və xarici əlaqələrin genişləndirilməsinin mühüm mənbəyi kimi daha böyük əhəmiyyət kəsb etməkdədir. Bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən sahə kimi turizm dövlətin diqqət mərkəzindədir. 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu, 2002-ci ildə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, 2009-cu ildə isə “2009-2018-ci illərdə Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyev 2011-ci ili ölkəmizdə “Turizm İli” elan edib.

Vahid Novruzov qeyd edib ki, turizmin inkişafına yönəlmiş mühüm sənədlərdən biri də ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dir. “Prezidentin müdrik dövlət quruculuğu siyasətinin və cəmiyyətimizin inkişafına xidmət göstərən iqtisadi strategiyanın bəhrəsi kimi qiymətləndirilən əhalinin real gəlirlərinin artması, milli valyutamızın digər valyutalara nisbətən stabil vəziyyəti, paytaxtda və regionlarda yüksək səviyyəli otellərin və müalicə mərkəzlərinin istifadəyə verilməsi, yeni abad yolların çəkilişi, viza rejiminin sadələşdirilməsi imkan verir ki, ölkəmizin turizm sahəsində dünya üzrə rəqabətqabiliyyətlilik göstəricisi sürətlə artsın. 2017-ci ildə Azərbaycan Respublikası beynəlxalq reytinq cədvəlində ən çox irəliləyən (13 pillə) ölkə olub. Dünya Səyahətlər və Turizm Şurasının məlumatlarına görə, Azərbaycan 2010-2017-ci illərdə turizmin ən yüksək templə inkişaf etdiyi ölkələrin onluğuna daxildir”, - deyə Auditorlar Palatasının sədri bildirib.

Vahid Novruzov diqqətə çatdırıb ki, hər bir sahədə olduğu kimi, turizmdə də dayanıqlı inkişaf, ictimai etimad, sifarişçilərin, müştərilərin sayı həmin sahədə və ya müəssisədə mövcud olan şəffaflığın səviyyəsi ilə birbaşa əlaqədardır. Bu isə öz növbəsində uçotun və hesabatlılığın vəziyyəti ilə müəyyən olunur.

Auditorlar Palatasının sədri bildirib ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev xüsusi biznes mühitinin yaxşılaşdırılmasına dəstəyin vacibliyini bir daha vurğulayaraq deyib: “Uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir... Əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır... Korrupsiya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır... Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”.

Seminar-müşavirədə vurğulanıb ki, dünya təcrübəsinə əsasən şəffaflıq yüksək olan ölkələrə, sahələrə, müəssisələrə və xidmət obyektlərinə daha çox maraq göstərilir. Bu isə həmin sahələrdə mövsümiliyin azalmasına, iqtisadi-maliyyə göstəricilərinin yaxşılaşdırılmasına gətirib çıxarır, bütövlükdə xidmətin yüksək rentabelli bir təsərrüfat subyektinə çevrilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.

Regional müşavirədə Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Turizm müəssisələrində uçot, hesabatlılıq və audit”, Dövlət Turizm Agentliyinin nümayəndəsi Rüstəm Mehtizadə “Azərbaycanda turizmin ümumi vəziyyəti”, regionda fəaliyyət göstərən turizm şirkətlərinin və digər maraqlı tərəflərin nümayəndələri isə “Regionda turizmin inkişaf perspektivləri” mövzusunda məruzə və çıxışlar ediblər.

Növbəti regional tədbirlərin Qəbələ və Gəncə şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Azərbaycanın mövcud turizm infrastrukturu indikindən 3-5 dəfə çox turist qəbul etmək iqtidarındadır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrpen şəhər meri göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır