Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib
Naftalan, 27 aprel, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü ilə əlaqədar şəhər mərkəzi xəstəxanasında göz müayinəsi aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada şəhid ailələri, qazilər onların ailə üzvləri iştirak ediblər. Görmə problemi olanlara tibbi xidmət göstərilib, ambulator müalicə təyin olunub və məsləhətlər verilib.
İştirakçılar görkəmli oftalmoloq alimin anadan olmasının ildönümü ərəfəsində göz xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə xüsusi həssaslıqla yanaşılmasını Zərifə xanım Əliyevaya xas olan xeyirxahlıq ənənələrinin davamı kimi qiymətləndiriblər.