Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İctimai nəqliyyatda kartla vahid ödəmə sistemi tətbiq olunacaqdır

İctimai nəqliyyatda kartla vahid ödəmə sistemi tətbiq olunacaqdır

Bakı, 1 may (AZƏRTAC). Mayın 1-də bir qrup media işçisi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə tanış olmuşdur.

Tanışlıq zamanı mərkəzdə fəaliyyət göstərən şöbələr və onların iş funksiyaları, eləcə də paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsində, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsində, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsində, paytaxt yollarında hərəkətə nəzarətin təşkilində və tıxac probleminin aradan qaldırılmasında böyük əhəmiyyətə malik olan intellektual idarəetmə sistemi barədə jurnalistlərə ətraflı məlumat verilmişdir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin texniki istismar üzrə direktoru İbrahim Əliyev AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, nəqliyyatı intellektual idarəetmə sisteminin əsas məqsədi əhalinin rahatlığını təmin etməkdir. Sistemin 90 faizi demək olar ki, qurulmuşdur. Sadəcə olaraq, onun elementlərinin, parametrlərinin, avadanlığının uyğunlaşdırılması işləri, həmçinin tətbiqetmə prosesi aparılır. Buna görə də bəzi hallarda sistemdə bir sıra problemlər yaranır. Bu isə hazırda optimallaşdırma işləri aparıldığı üçün təbii haldır.

Bu sistem layihə üzrə mərhələlərlə həyata keçirilir. Üç mərhələdən ibarət olan sistemin hazırda birinci mərhələsi paytaxtın Kiçik Bakı adlanan əsas küçə və prospektlərini əhatə edir. Bu proses ikinci mərhələdə Böyük Bakı və Abşeron ərazisini, üçüncü mərhələdə isə respublikanın bütün bölgələrini əhatə edəcəkdir. Birinci mərhələdə Bakıda intellektual nəqliyyat sistemi avadanlığının quraşdırılması demək olar ki, artıq yekunlaşmışdır. Dayanacaqlarda yerləşdirilməsi nəzərdə tutulan 664 informasiya sistemindən 600-ü hazırda qurulmuşdur. 64 informasiya sistemi isə şəhərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar gələcəkdə qurulacaqdır. Bundan başqa, 269 nöqtədə 326 kamera yerləşdirilmişdir. Müşahidə kameraları sistemi yollarda yaranan vəziyyəti real rejimdə izləmək imkanı yaradır. İşıqforların yaxınlığında asfalt altında quraşdırılan halqavarI aşkarlama sisteminin köməyi ilə isə nəqliyyat vasitələrinin hərəkət sürəti, nəqliyyat axınlarının intensivliyi, tıxacların yarandığı sahələr, tıxacın uzunluğu üzrə operativ və dəqiq informasiyanın toplanılması, eləcə də onların təhlili təmin edilir. Eyni zamanda, yollarda quraşdırılan elektron rəqəmsal tablolar vasitəsilə əsas istiqamətlər üzrə yolun sıxlığı ilə bağlı vəziyyət və təmir-tikinti işləri səbəbindən bağlı olan yollar haqqında sürücülərə məlumatlar çatdırılır, onlara alternativ yollardan istifadə etmək imkanı yaradılır.

Bu sistemin önəmli hissəsindən biri də qeyri-qanuni parklanmaya nəzarətdir. Paytaxtımızda çoxlu avtomobil dayanacaqları inşa olunur ki, artıq onlardan bir neçəsinin tikintisi başa çatmaq üzrədir. Elə sürücülər vardır ki, avtomobillərini qadağan olunmuş yerlərdə saxlayırlar. Bu isə ictimai nəqliyyatın hərəkətinə mane olur. Qeyri-qanuni parklanmaya nəzarət sistemi də belə halların aradan qaldırılması üçün nəzərdə tutulmuşdur.

Nəqliyyatı intellektual idarəetmə sistemində hazırda uyğunlaşdırma işlərinin aparıldığını deyən İ.Əliyev qeyd etmişdir ki, bu yaxınlarda sistemin ikinci mərhələsinə başlanılacaqdır. İkinci mərhələdə əsas iş ictimai nəqliyyatda kartla vahid ödəmə sisteminin tətbiqi olacaqdır. Bu sistem vasitəsilə bütün nəqliyyat növlərində kartla ödəmə mümkün olacaqdır. Nəqliyyatda vahid ödəmə sisteminin ilin sonunadək tətbiqi planlaşdırılır. Sonra isə nəqliyyatı intellektual idarəetmə sisteminin üçüncü mərhələsi başlanılacaq ki, bu da respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcək və 2015-ci ildə tam başa çatdırılacaqdır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə tanışlıq jurnalistlərdə xoş təəssürat doğurmuşdur.

 

İctimai nəqliyyatda kartla vahid ödəmə sistemi tətbiq olunacaqdır

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO