SİYASƏT


Azərbaycanın və Fransanın regionları arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Montreau-Fault-Yonne, 29 yanvar, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Sena və Marna departamentinin Montereau-Fault-Yonne şəhərinə səfəri çərçivəsində mer Ceyms Şeron ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ceyms Şeron şəhər haqqında, eləcə də Azərbaycanla əməkdaşlıq barədə danışıb. O, Azərbaycanla əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını bildirib.

Görüşdə regionlararası əməkdaşlığın önəmi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfir də öz növbəsində, Fransa regionları ilə əməkdaşlığın önəmini qeyd edib, ölkəmiz haqqında məlumat verib. O, həmçinin Azərbaycanın müəllifi olduğu böyük beynəlxalq layihələrdən danışıb.

Görüşdə təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonda tərəflər Dostluq Bəyannaməsini imzalayıblar.

R.Mustafayevin Sena və Marna departamentinin deputatı Jan Lui Terio ilə görüşündə isə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində diplomat Montereau-Fault-Yonne şəhərində Rəqəmsal Akademiyaya da baş çəkib. Ona akademiyanın fəaliyyəti haqqında məlumat verilib. Müasir dünyada rəqəmsal sahənin əhəmiyyəti, iqtisadiyyatın inkişafında onun yeri və bu gün bu sahəyə olan tələbat müzakirə olunub.

Görüşdə ölkəmizdə rəqəmsal sahədə görülən işlərdən söz açılıb. Gələcəkdə bu sahədə mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Montereau-Fault-Yonne

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.