DÜNYA


Bu il Türkiyədə 141 filmin çəkilməsi nəzərdə tutulur

İstanbul, 12 fevral, AZƏRTAC

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu il 141 filmin çəkilməsi üçün 5 milyon 526 min türk lirəsi ayıracaq.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə nazirlik tərəfindən film sahəsi üzrə püxtələşmiş 14 nəfərdən ibarət dəstəkləmə şurası yaradılıb.

Artıq 607 qısametrajlı, sənədli və cizgi film ssenarisi şura üzvlərinin müzakirəsinə verilib.

Şuradan bildirilib ki, bu il on bir cizgi filmin ekranlaşdırılmasına 270 min, 57 sənədli filmin ərsiyə gəlməsinə 4 milyon 284 min, 51 qısametrajlı filmin çəkilməsinə 737 min, 22 ssenari üzrə dialoqların hazırlanmasına isə 235 min türk lirəsi ayrılacaq.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.