Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirilir

Bakı, 23 fevral, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu öz işinə başlayıb.

BSU-dan AZƏRTAC-a bildirilib ki, forum Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının (ASGA) birgə təşkilatçılığı ilə keçirilir.

Forumda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, BSU-nun “Arzu” rəqs ansamblı “Yallı” rəqsini təqdim edib. Sonra Bakının tarixi yerlərinin, milli mədəniyyət nümunələrimizin görüntülərindən ibarət videoçarx nümayiş olunub.

Tədbirdə ASGA-nın sədri Səbuhi Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Qeyd edilib ki, ASGA 2006-cı ildə qeydiyyatdan keçib və bu günə qədər 200-ə yaxın layihə reallaşdırıb. Hazırda ASGA-nın Rusiya, Ukrayna və Polşada nümayəndəliklərinin fəaliyyət göstərdiyini deyən sədr bildirib ki, təşkilatın əsas məqsədi respublikamızı slavyan ölkələrində təbliğ etmək, gənclərarası innovativ informasiyanı təmin etməkdir. S.Abbasov ASGA-nın bir sıra rəsmi dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıraraq bu qurumların sırasında BSU-nun xüsusi rolu olduğunu vurğulayıb. O qeyd edib ki, İCMAL.az Analitik Təhlil Mərkəzinin texniki dəstəyi ilə 2018-ci ildə ASGA tərəfindən keçirilən rəy sorğusuna əsasən, BSU-nun rektoru, professor Nurlana Əliyeva “İlin rektoru”, BSU isə “İlin ali məktəbi” seçilib. ASGA-nın ilk forumunun BSU-da keçirilməsinin təsadüfi olmadığını deyən Səbuhi Abbasov BSU ilə ASGA-nın fəaliyyət istiqamətlərində üst-üstə düşən məqamlardan, bu universitetin slavyan ölkələri ilə sıx əlaqələrindən söz açıb.

Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva ASGA-nın qısa müddət ərzində böyük uğurlara imza atdığını, Azərbaycan və slavyan ölkələrinin çoxsaylı gənclərini ətrafına toplaya bildiyini qeyd edib. Rektor cəmiyyətimizdə gənclərin rolunun artdığını, həyatın müxtəlif sahələrində gənclərə daha çox meydan verildiyini bildirib. O, Azərbaycan Respublikası Prezidentinin gənclərə qayğısından danışaraq tələbə gənclərin təqaüdlərinin artırılması, onların işlə təmin edilməsi istiqamətində son zamanlar görülən işlər barədə müfəssəl məlumat verib. N.Əliyeva gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, onların mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəldilməsinin günün vacib məsələlərindən olduğunu diqqətə çatdırıb. Azərbaycanın dövlət siyasətinin beynəlxalq arenada daim dəstəkləndiyini deyən rektor ASGA tərəfindən keçirilən forumu dövlətimizin gənclər siyasətinin göstəricisi kimi qiymətləndirib. O bildirib ki, Azərbaycan Slavyan Gənclərinin Birinci Forumunun təməlində ümummilli lider Heydər Əliyevin siyasi ruhu dayanır.

Azərbaycan Respublikasının Gənclər Fondunun sədri Fərid Cəfərov Azərbaycanın tarixi abidələrinin, milli mətbəxin xarici qonaqlara təqdim edilməsində forumun xüsusi rol oyanayacağını deyib, bu forumun növbəti illərdə də keçirilməsi təklifini irəli sürüb. O, BSU-nun xarici ölkələrlə körpü rolu oynadığını deyərək bu universiteti bitirən məzunların hazırda Azərbaycanın müxtəlif rəsmi qurumlarında yüksək vəzifə sahibi olduqlarını vurğulayıb.

Milli Məclisin deputatı Sahib Alıyev multikulturalizmin Azərbaycanda təkcə dövlət siyasəti deyil, həyat tərzi olmasından, mədəniyyətlərarası münasibətlərin inkişafında xalqlar dostluğunun vacibliyindən söz açıb. Azərbaycan multikulturalizminin xarici ölkə vətəndaşlarına çatdırılmasında forumun əhəmiyyətli olacağını deyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev isə BSU-nun Azərbaycan xarici siyasətinin xüsusi siması olduğunu vurğulayaraq ASGA və BSU-nun birgə fəaliyyətini yüksək dəyərləndirib, forumun işinə uğurlar arzulayıb. Milli Məclisin deputatı Elşən Musayev forumun təşkilatçılarına minnətdarlığını bildirib, Azərbaycan parlamentinin fəaliyyətindən, onun ölkə gənclərinin inkişafındakı rolundan söz açıb.

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Gənclər Parlamentinin sədri, Rusiya vətəndaşı Mariya Voropayeva ASGA-nın həyata keçirdiyi yeni layihənin Azərbaycan və Rusiya gənclərinin əlaqələrinin inkişafına, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyətə töhfə verəcəyini deyib. M.Voropayeva Rusiya Gənclər Parlamentinin fəaliyyətinə dair slaydı iştirakçılara təqdim edib.

Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının Azərbaycan İcması Evinin damı altında birləşməsinin böyük əhəmiyyət kəsb etdiyini, bunun diasporun yüksək səviyyədə inkişafı üçün uğurlu addım olduğunu qeyd edib. Forumun Azərbaycan və slavyan ölkələrinin gəncləri arasında münasibətlərin yüksək səviyyədə inkişafında körpü rolunu oynayacağını deyən Ş.Tağıyev bu layihənin işinə Moskva Azərbaycanlıları İcması tərəfindən hər zaman dəstək verməyə hazır olduqlarını dilə gətirib.

Qeyd edək ki, fevralın 24-dək davam edəcək forumun qrafikində Heydər Əliyev Mərkəzinə və Milli Azərbaycan Tarixi Muzeyinə səyahət, həmçinin “Qlobal dünyada dini dəyərlərin qorunması”, “Multikultralizm Azərbaycan modeli: Gənclərin gözü ilə” mövzusunda müzakirələr nəzərdə tutulub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib