Kinoya ssenari yazan kompüterlər
Bakı, 1 aprel, AZƏRTAC
Süni intellektin filmlərin çəkilməsinə nə qədər kömək edəcəyini bilmirik. Ancaq kino sənayesində bu cür inqilabi texnologiya özünü göstərməkdədir. Hazırda belə texnologiya ilə ekran əsərlərinin yaradılmasına və montajına bir qədər ehtiyatla yanaşılsa da kifayət qədər irəliləyişin şahidi olmuruq.
AZƏRTAC xəbər verir ki, hazırda kino sənayesi süni intellekt vasitəsilə mükəmməl filmlər çəkilməsinin mümkünlüyünü təcrübədən keçirir.
2016-cı ildə İBM Vatson superkompüteri “Morgan” filminin videoçarxını montaj etməkdə köməkçi rolunu oynayıb. Doqquz dəqiqə çəkən “Sunspring” (2016) qısametrajlı filminin ssenarisi isə “Benjamin” adlı kompüterin köməkliyi ilə reallaşıb.
Daha bir misal. Kanada istehsalı olan “Impossible things” (2017) ekran əsərinin ssenarisində kompüter iştirak edib. Kompüter filmi analiz edərək insanlarda güclü təəssürat yaratmaqdan ötrü səhnələri mükəmməl tərzdə düzmüşdür. Əsərin yaradıcıları belə kinonun gələcəkdə daha da geniş yayılacağını istisna etmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:31]
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub
- 18.09.2026 [12:41]
Romada Azərbaycan Milli Musiqi Günü qeyd olunub
- 18.09.2026 [11:46]
Milli Musiqi Gününün növbəti ünvanı Azərbaycan Milli Konservatoriyası olub
- 18.09.2026 [11:15]