CƏMİYYƏT


Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib

Bakı, 19 aprel, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə aprelin 19-da işini davam etdirib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxış edərək ölkəmizdə, o cümlədən Quba rayonunda mövcud olan tolerant dini mühitin qorunmasının vacibliyindən danışıb.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyini və buna qarşı mübarizədə birliyin vacibliyini önə çəkib. Səyyad Salahlı, həmçinin dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə geniş məlumat verib. Dövlətin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən bəhs edən Komitə rəsmisi, eyni zamanda, gənclərin, ziyalıların və din xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən söz açıb.

DQİDK-nın Mərkəzi Aparatının əməkdaşları Tərxan Paşazadə və Orxan Maşayev qloballaşmanın dinin ictimai tərəflərinə təsiri, eyni zamanda, radikalizmin və zərərli ideologiyaların yayılmasında sosial şəbəkələrin rolu barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub və mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.