MƏDƏNİYYƏT


“XXI əsr paytaxt nəşrləri. Kitab günü” Bakı- Blaqoveşensk arasında telekörpü

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da A.P.Çexov adına Blaqoveşensk şəhər Kitabxanasında Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin iştirakı ilə “XXI əsr paytaxt nəşrləri. Kitab günü” V Beynəlxalq İctimai Yazıçı-Nəşriyyat Forum işə başlayıb.

AZƏRTAC xəbər verir ki, telekörpü böyük rus şairi A.S.Puşkinin 220 illik yubileyinə həsr olunub.

Tədbirdə Blaqoveşensk şəhərinin Mədəniyyət İdarəsinin rəisi Viktoriya Xopatko çıxış edərək bildirib ki, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası və Blaqoveşensk kitabxanası arasında 2018-ci ilin payızından təcrübə mübadiləsi aparılır, uğurlu layihələr həyata keçirilir.

Telekörpüdə “Araz” Azərbaycan Milli-Mədəni Cəmiyyətinin sədri Tofiq Niftəliyev, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova, Azərbaycan və Amur vilayətinin yazıçıları, oxucular və kitabxanaçılar iştirak edib.

Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdi Nisə Hüseynovanın ifasında M.F.Axundovun Puşkinin ölümünə yazılmış “Şərq poeması” səsləndirilib. “Sözü qaytar” poetik layihənin iştirakçısı, həmyerlimiz Orxan Namazov tərəfindən A.S.Puşkinin ”Я Вас любил“ şeiri oxunub, İncəsənət Gimnaziyasının müəllimləri şairin yaradıcılığı haqqında maraqlı məlumatlar veriblər.

Telekörpüdə Puşkinin şeirlərinə yazılmış romanslar da ifa edilib, maraqlı diskussiya aparılıb.

Tədbirin sonunda Yasamal rayon MKS-nin layihəsi əsasında hazırlanmış yazıçı-publisist Zöhrə Əsgərovanın “Здесь ангел пролeтел...” kitabının elektron təqdimatı keçirilib, Sevinc Ağa Xəlilqızının “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitabı iştirakçılara təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.