REGİONLAR


Yevlaxlı kümçülər indiyədək 5,8 tondan çox barama tədarük ediblər

Yevlax, 17 iyun, AZƏRTAC

Yevlax rayonunda barama tədarükü davam edir. Artıq kümçülərin yetişdirdikləri 5 min 866,7 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.

Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il Qax Damazlıq İpəkçilik Stansiyasından 625 qutu (11 min 875 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Cari mövsümdə 25 ton barama istehsalı nəzərdə proqnozlaşdırılır.

Qeyd edək ki, bir neçə ildir Yevlaxda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-cı ildə 95 min ədəd, 2017-ci ildə 53 min ədəd, ötən il 35 min ədəd tut tingi əkilib. Yevlax rayon kümçüləri 2017-ci ildə 5,6 ton, keçən il isə 11 tonadək yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.