DÜNYA


Dünya Bankı Gürcüstanda təhsilin inkişafına 90 milyon avro vəsait ayıracaq

Tbilisi, 18 iyun, AZƏRTAC

Dünya Bankı Gürcüstanın təhsil sisteminin inkişafında iştirak edəcək. Bank bunun üçün Gürcüstana 90 milyon avro vəsait ayıracaq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Baş Naziri Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, beynəlxalq maliyyə institutunun Gürcüstanda təhsil islahatlarını dəstəkləməsi olduqca əhəmiyyətlidir. Bu məbləğ təhsildə innovasiyalar, inklüzivlik və keyfiyyətin artırılmasını nəzərdə tutan layihələrə xərclənəcək. Layihə bütün ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə kömək edəcək və məktəb müəllimləri, ali məktəb tələbələri və məktəbəqədər təhsil müəssisələrini əhatə edəcək.

M.Baxtadze deyib ki, layihədən yüksək dağlıq bölgələrdə təhsil alan tələbələr də yararlana biləcəklər.

“Layihə çərçivəsində etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə şagirdlərin dəstəklənməsi üçün də ayrıca proqram nəzərdə tutulub”, – deyə M.Baxtadze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.