ELM VƏ TƏHSİL


“İS(S)İ – 2017: Dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatı” kitabı çapdan çıxıb

Bakı, 18 iyun, AZƏRTAC

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin rəhbərliyi ilə bu elmi müəssisənin ekspertlər qrupu tərəfindən aparılan tədqiqatlar əsasında hazırlanmış “İS(S)İ – 2017: Dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatı” kitabı üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr olunub.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, elmi şuranın qərarı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə nəşr edilən bu araşdırma iqtisadiyyatın özünütənzimləmə mexanizmləri və dövlət tənzimləməsi arasında effektiv müvazinət məsələlərinə həsr olunub.

Kitab İqtisadiyyat İnstitutunda hazırlanan metodologiya əsasında 95 ölkədə iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi – dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi əsasında müqayisəli şəkildə qiymətləndirilib. İqtisadiyyatın solluğu (sağlığı) indeksinin ayrı-ayrı ölkələr üçün hesablanan qiymətləri əsasında 5 iqtisadi model müəyyənləşdirilib və dünya ölkələri bu modellər üzrə təsnifləşdirilib.

Yaxın illərdə Azərbaycan iqtisadiyyatının daha da liberallaşdırılmasının zəruriliyi və tələb olunan iqtisadi islahatların başlıca istiqamətləri nəzəri formada əsaslandırılıb.

Müəlliflər ümid edirlər ki, tədqiqatın nəzəri tapıntıları və praktik tövsiyələri iqtisadçılar və iqtisadi siyasət qurucuları üçün maraqlı faydalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.