İDMAN


Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının yaranmasının ildönümü qeyd olunub

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 19-da Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının yaranmasının bir illiyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə ötən bir il ərzində görülən işlər və qazanılan uğurların hesabatı verilib.

Sonra federasiyaya yeni təyin edilən kadrların vəsiqələri təqdim olunub. Belə ki, ümumi işlər üzrə vitse-prezident postuna Mahmud Mehtioglu, təşkilat komitəsinin sədri vəzifəsinə Əlfi Məmmədov, böyüklər üzrə baş məşqçi vəzifəsinə Urxan Orucov təyin ediliblər. Bundan əlavə, federasiyanın tərkibində yeni yaradılmış klubun lisenziyası baş məşqçi Şahin Mustafayevə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.