DÜNYA


Donald Tramp G20 sammitində iştirak etmək üçün Osakaya gəlib

Bakı, 27 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp iyunun 28-29-da “İyirmilik” qrupu sammitinin keçiriləcəyi Osaka şəhərinə gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Amerika liderinin təyyarəsi şəhərin şimal hissəsində adətən daxili reyslər üçün istifadə edilən İtami aeroportuna enib. Digər dövlət başçıları sammitin keçiriləcəyi yerin yaxınlığında yerləşən Kansay beynəlxalq aeroportuna gəliblər, yaxud gələcəklər.

Sammit çərçivəsində Trampın bir sıra ikitərəfli görüşlər keçirəcəyi bildirilir. Bu sırada ABŞ Prezidentinin Rusiya, Çin, Türkiyə, Yaponiya liderləri ilə planlaşdırılan görüşləri daha çox maraq doğurur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.