Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yay mövsümündə Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur VİDEO

Şəki, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün, həm də, regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Xan Sarayı, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaraylar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar hesab olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, builki yay mövsümündə Şəkiyə gələn yerli və xarici turistlərin sayında xeyli artım müşahidə olunur. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur. Bu ərazidə yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Xan Sarayı, V-VI əsrlərə aid Dairəvi Məbəd, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası hər zaman turistlərin diqqətini özünə cəlb edir.

Qoruğun direktoru Təranə Abdullayevanın sözlərinə görə, builki yay mövsümündə turistlərin sayında əvvəlki illərlə müqayisədə iki-üç dəfəyədək artım hiss olunur. Xüsusilə ərəb ölkələrindən, həmçinin Türkiyə, Rusiya, Çin, Koreya Respublikası, Yaponiyadan gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.

Qoruğun direktorunun bildirdiyinə görə, Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır. Yay mövsümündə buradakı bütün muzeylər fasiləsiz iş rejimində fəaliyyət göstərir. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları daim turistlərin xidmətindədir. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi də turistləri daim özünə cəlb edir. Onlar milli yeməklərdən olan “Şəki pitisi”nə, “Şəki paxlavası”na, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər.

Turistlərə xidmət göstərmək üçün Xan Sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnmiş geniş yaşıllıq ərazidə asudə vaxt və istirahət guşəsi də fəaliyyət göstərir. Turistlər qədim dövrləri xatırladan fotoatelyedə milli geyimlərlə fotoşəkillər çəkdirir, samovar çayına qonaq olur, dincəlirlər. Ərazidə uşaqlar üçün müxtəlif attraksionlar da quraşdırılıb. Hər gün Qoruğun ərazisində turistlər üçün müxtəlif əyləncəli proqramlar, konsertlər, sərgilər təşkil edilir.

Qoruğun ərazisində yerləşən “Sənətkarlar evi”ndə də yay aylarında xüsusi canlanma hiss olunur. Burada fəaliyyət göstərən sənətkarların dediyinə görə, yay mövsümündə işləri heç də pis getmir. Turistlər yerli sənətkarların əl işlərinə böyük maraq göstərirlər. Xarici turistlərin bildirdiyinə görə, yaşadıqları ölkələrdə belə sənətkarlıq nümunələrinə rast gəlmək mümkün deyildir.

Ənvər Məhəmməd əl-Yasin Şəkiyə turist qrupunun tərkibində Səudiyyə Ərəbistanı Krallığından gəlib. Onlar artıq Bakının görməli yerlərini gəzib, Şamaxı və İsmayıllıda olublar. Ərəb turist bildirib ki, iki gündür ki, Şəkidədirlər. Qaldıqları “Marxal” otelində istirahətçilər üçün ideal şərait yaradılıb. Şəkinin qədim tarixi-memarlıq abidələrindən olan Xan Sarayı ilə tanışlığın onlarda zəngin təəssürat yaratdığını vurğulayan turist deyib: “Eşitdik ki, yenicə tanış olduğumuz Xan Sarayı, eləcə də şəhərin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu xəbərə biz də çox sevindik. Bu saray, həqiqətən də, çox möhtəşəm memarlıq abidəsidir və onu ziyarət etmək bizə də qismət oldu”.

Azərbaycan xalqının çox qonaqpərvər, istiqanlı olduğunu bildirən Ənvər Məhəmməd əl-Yasin deyib: “Adət-ənənələrimiz də bir-birinə çox bənzəyir. Azərbaycanda qadınlara xüsusi hörmətlə yanaşırlar. İnsanlarınız çox xeyirxahdırlar, turistlərə hər yerdə kömək etmək istəyirlər. Milli mətbəxinizdən isə doymaq olmur. Növbəti səfərimdə bura ailəmlə birlikdə gəlməyi düşünürəm”.

Yay mövsümündə Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir tələbələrə Azərbaycan - İsveç əlaqələrindən danışıb

Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırıb

Qazaxıstanla Almaniya arasında bir sıra sənədlər imzalanıb

Sədərəkdə müəllim və şagirdlər ilk dərs günündə məktəbə velosipedlərlə gəliblər

Dövlət Departamenti: Biz həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk

Azərbaycan çempionatının debütantı türkiyəli basketbolçunu transfer edib

Göygöldə iki nəfər bıçaqlanıb

SƏSVERMƏNİN ÜMUMİ YEKUNLARINA DAİR
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ PROTOKOLU

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında
Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə ümumi yekunların müəyyənləşdirilməsi ilə əlaqədar işlərin başa çatmış hesab edilməsi və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi yekunlarına dair Protokolunun tərtib olunması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 sentyabr 2024-cü il tarixli 89 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 sentyabr 2024-cü il tarixli 90 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 sentyabr 2024-cü il tarixli 91 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Trampa qarşı sui-qəsddə şübhəli bilinən şəxsə 2 maddə üzrə ittiham irəli sürülüb

ABŞ bəzi gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq edib

Şuşada Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin I Toplantısı keçirilib - YENİLƏNİB FOTO

“AzInTelecom” Özbəkistanda “İKT Həftəsi 2024”də öz məhsul və xidmətlərini təqdim edəcək

“BİRLİK” regional festivalları uğurla yekunlaşıb

Britaniyalı supermodel Bakı səfəri haqqında paylaşım edib

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Reza Deqati ilə görüş keçirilib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə yekun vurub YENİLƏNİB VİDEO

Sabirabad və Füzuli rayonlarında yeni məktəb binaları istifadəyə verilib

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

Naxçıvan Dövlət Universitetində I kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər keçib

“Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib YENİLƏNİB

Laçının Sus kəndində illər sonra ilk məktəb zəngi çalınıb FOTO

Azərbaycan klubu Albaniya çempionu olmuş basketbolçu ilə anlaşıb

Əkin sahələrinin sığortası zamanı sığorta haqqı necə hesablanır?

® Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar

PMS imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə elmi əlaqələri genişləndirir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

KOBİA sədri: Azərbaycanda Pakistandan çoxlu sayda şirkətlərin fəaliyyət göstərməsini istəyirik

Azərbaycan dünya dövlətlərini iqlim maliyyəsinin ədalətli bölgüsü ilə bağlı razılaşma əldə olunmasına çağırır - AÇIQLAMA

Pedaqoji Universitet yeni tələbələrini qarşıladı

Fransanın Avropa İttifaqındakı komissarı istefa verib

Paşinyan: Cənubi Qafqazda münaqişələrə son qoymaq və davamlı sülh yaratmaq üçün tarixi imkanımız var

Heydər Əliyev Fondunun Şamaxı rayonunda daha bir yeni məktəb layihəsi FOTO VİDEO

Azərbaycan Beynəlxalq Antalya Yörük Türkmən Festivalında geniş heyətlə təmsil olunub

Mərakeş-Azərbaycan mədəni əlaqələri iki ölkə arasındakı münasibətlərin güclənməsinə təsir edəcək

İrakli Kobaxidze: Gürcüstan regionda sülhə və sabitliyə dəstək verməyə davam edəcək

Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar

Kir Starmer Romada İtaliyanın Baş naziri ilə miqrant məsələsini müzakirə edib

Qırğızıstan Avropaya yaşıl enerjinin ixracı üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan əməkdaşlığına qoşulmaq istəyir

Ştutqartda Azərbaycan icması ilə görüş olub

Niderland Krallığının Tio Biznes Məktəbi təqaüd proqramı elan edir

BDU-105: Peşəkar diplomatlar və iqtisadçılar yetişdirən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Gənc muğam ifaçısı: Məqsədim Azərbaycanın gözəl incisi olan muğamı dünyada təbliğ etməkdir

Vazeh Əskərov: 2024/2025-ci tədris ili Dövlət Neft və Sənaye Universiteti üçün, eyni zamanda, 105-ci qəbul ilidir

YÖK rəhbəri: Türkiyə-Azərbaycan Universiteti beynəlxalq universitet modelinin uğurlu nümunəsinə çevriləcək

Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 avqust tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Oktyabrda BƏƏ “Afrika dialoqu” forumuna ev sahibliyi edəcək

Agentlik: Yeni tədris ilində 1 milyon 620 minə yaxın şagird təhsil alacaq - EKSKLÜZİV

İnstitut direktoru: Türk dünyasının arxeoloji irsinin öyrənilməsini əks etdirən layihənin icrasına başlayacağıq

Pakistanla ticarət dövriyyəsi həcminin artırılması barədə müzakirələr aparılıb

Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib

Naxçıvanda Bilik Günü qeyd olunub

Ucarda vətəndaşların daşınmaz əmlak sahəsində müraciətləri dinlənilib

ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək

® “Rabitəbank”dan nağd pul krediti üzrə qızıl kimi “Payız kampaniyası”

Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların külli miqdarda pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək

Fransada gənclər təşkilatları insanları Makron-Barnye hökumətinə qarşı etiraza çağırıb

Yeni tədris ilində Şəki-Zaqatala bölgəsində 7 minə yaxın uşaq ilk dəfə birinci sinfə qədəm qoyacaq

Soydaşımız və övladı Cənubi Koreya Prezidenti ilə birlikdə bayram videosuna çəkilib VİDEO

Rəsədxana: Növbəti günlərdə geomaqnit qasırğası gözlənilir

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Polad Bülbüloğlu “Mətbuatın dostu” xatirə medalı ilə təltif olunub

ANAMA: Ötən həftə 1115 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib

Kir Starmer həyat yoldaşı üçün pulsuz geyimlər qəbul etdiyinə görə tənqid olunub

Naxçıvanda bu il 1450 şəxsə əlillik təyin edilib

Heydər Əliyev Fondu Xaçmazda yeni məktəb binası inşa edib FOTO VİDEO

Danimarka ilin sonunadək Kiyevə əlavə F-16 qırıcıları verəcək

Naxçıvanda yeni tədris ilində yeni məktəb binası istifadəyə verilib

Pakistan beynəlxalq müqavilələrdə iştirak edərək ozon təbəqəsinin qorunmasında qlobal səylər göstərir

Beynəlxalq Türk Akademiyasının prezidenti: Türk dünyasının arxeoloqları, alimləri arasında inteqrasiya prosesi başlayıb

Media: İsrailin müdafiə naziri istefaya göndərilə bilər

“Vəkildən tələbəyə” layihəsinə start verilib

Prokurorluğa işə qəbulla əlaqədar sənədlərin qəbulu sentyabrın 30-da başa çatdırılacaq

Xəzər İsayev: Azərbaycan Formula 1 kimi mötəbər yarışların təşkilində peşəkar ölkəyə çevrilib

Nazir: Qarabağ Universitetinin Azərbaycanın ən qabaqcıl universitetlərindən birinə çevriləcəyinə inanırıq

Moskvada MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası olub

Heydər Əliyev Fondu tərəfindən Ağstafanın Zəlimxan kəndində yeni məktəb binası inşa edilib FOTO

Gündə 10 min addım atmaq ürək xəstəlikləri riskinin 20 faiz azalmasına səbəb olur

Özbəkistan mətbuatında Azərbaycan-Özbəkistan əlaqələrinə həsr edilmiş məqalə dərc edilib

Məktəblilər üçün “İspan xalq nağılları” kitabı nəşr olunub

Beyləqanın Kəbirli kəndində əsaslı təmir olunmuş məktəb binası və yeni korpus istifadəyə verilib

“Aqroservis”in sədri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyəcək

Vuçiç: Serbiya daşqınlardan zərər çəkmiş Avropa ölkələrinə yardım göstərməyə hazırdır

“Recent Group” və “Area Alfa Group” MMC-lərin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib

Şamaxının Bağırlı kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib FOTO VİDEO

“Qaçqınkom” Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər haqqında videoçarx hazırlayıb VİDEO

BMU-da yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib

Xarici media Formula 1 Azərbaycan Qran-Prisi haqqında

Sosial-İqtisadi Kollecdə Bilik Günü qeyd edilib