Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub

Naxçıvan, 13 iyul, AZƏRTAC

İyulun 13-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: 14 iyul 2019-cu ildə Azərbaycan xalqının dünyaya bəxş etdiyi qüdrətli şəxsiyyət, böyük dövlət xadimi, xilaskar və qurucu lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır”, - deyən ümummilli lider Heydər Əliyevin ən böyük xoşbəxtliyi onun adının müstəqil Azərbaycan dövləti ilə birgə çəkilməsi, qüdrətli şəxsiyyət kimi Azərbaycan xalqının taleyinə qurtuluş tarixini yazmasıdır. Ulu Öndərin azərbaycanlı olmağı ilə fəxr edərək sonsuz iftixar və qürur hissi ilə səsləndirdiyi “Azərbaycan mənim qibləgahımdır!” fikrini dahi ömrünün manifesti hesab etmək olar. O manifestin hansı səhifəsini çevirsək, orada Azərbaycan naminə sonsuz fədakarlıqlar göstərən, həyatını Azərbaycana həsr edən, müstəqil Azərbaycan uğrunda öz canından keçməyə hazır olan dahi bir şəxsiyyət, görkəmli dövlət xadiminin tale yolunu görərik.

Ali Məclisin Sədri deyib: 1969-cu il iyulun 14-də hakimiyyətə gələn 46 yaşlı dövlət təhlükəsizlik orqanı generalı və güclü siyasi iradə sahibi olan möhtərəm Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumalı, heç bir əsas olmadan tarixi torpaqlarımızın Ermənistana güzəştə gedilməsinin qarşısını almalı, iqtisadiyyatı dirçəltməli, sosial ədalətsizliyi aradan qaldırmalı, bir sözlə xalqı yaşatmalı idi. Bununla yanaşı, təhsil, mədəniyyət və sosial sahədə də öz həllini gözləyən ciddi problemlər yığılıb qalmışdı. Ulu Öndərimizin Azərbaycan naminə fəaliyyətinin bu mərhələsi qeyd olunan problemlərin qısa müddətdə aradan qaldırılmasına, dərin köklərə və qədim mədəniyyətə malik olan xalqın tarixi yaddaşının, torpağa sahiblik hissinin bərpasına, bununla birlikdə Azərbaycanın özünə qayıdışına hesablanmışdı. 50 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin siyasi əsasını təşkil edirdi. Ümummilli Lider o illəri xatırlayarkən deyirdi: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Alman filosofu Hegelin belə bir məşhur kəlamı var: “Sürətlə iflasa yaxınlaşan xalqların taleyi yalnız dahilər tərəfindən xilas oluna bilər”. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası idi. Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Xalqımızın müdrik rəhbəri bu dövlətçilik konsepsiyasını belə dəyərləndirirdi: “Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, universitet və məktəb binalarıdır, yollardır, körpüləridir, su hövzələri, su kəmərləridir”.

Ali Məclisin Sədri deyib: Ulu Öndərimiz güclü, müstəqil Azərbaycan dövləti yaratmaqla yanaşı onu özündən sonra inamla idarə edə biləcək lideri, rəhbəri də yetişdirmişdir. 2003-cü ilin oktyabrında Ümummilli Liderimizin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə özünün layiqli davamçısı kimi təqdim etdiyi hörmətli İlham Əliyev Ulu Öndərin strategiyasını uğurla davam etdirir, bu strategiyanı yeni dövrün ruhuna uyğun olaraq zənginləşdirir. 50 il bundan əvvəl Ümummilli Liderimizin keçmiş Sovetlər Birliyinin geridə qalmış aqrar ölkəsindən ittifaq dövlətinin inkişaf etmiş respublikaları sırasına çıxartdığı Azərbaycan, bu gün regionun lider dövlətidir. Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir.

"Dahi öndər Heydər Əliyev Yeni Azərbaycanın bugünkü simasını və gələcək inkişaf perspektivlərini müəyyənləşdirib. Onun Azərbaycan naminə gördüyü işlər bu gün ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülüb, lakin onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmasıdır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır!”, - deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır!”.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Müstəqil və qüdrətli Azərbaycan naminə - 50 il” filmi nümayiş olunub.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının və medallarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimatı olub.

Ali Məclisin Sədri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalını, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar artisti”, “Əməkdar həkimi” və “Əməkdar tibb işçisi” fəxri adlarının döş nişanlarını və vəsiqələrini, eləcə də “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarını, gənc istedadlara xüsusi aylıq təqaüdü təqdim edib, təltif olunanlarla və gənclərlə xatirə şəkli çəkdirib.

Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuş Asim Əliyev minnətdarlıq edərək deyib: Bu, bir həqiqətdir ki, təkcə iqtisadiyyatın inkişafı ilə dövlət idarə olunmur. Dövlətin idarə olunmasında güclü hakimiyyət və qətiyyətli lider amili əsas şərtdir. 50 il bundan əvvəl Azərbaycana rəhbər seçilən ulu öndərimiz Heydər Əliyev güclü dövlət yaradıb. Bu gün fəxr edirik ki, müstəqil və qüdrətli Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutub. Mən həm Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, həm də yubiley medalı ilə təltif olunduğum üçün ölkə Prezidentinə dərin minnətdarlıq edirəm. Şair, ictimai xadim, ziyalı kimi həyatda qazandığım bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin imzası dayanır. Heydər Əliyev yolu Azərbaycanı, doğma Naxçıvanı böyük inkişafa qovuşdurub. Bu gün muxtar respublikada digər sahələr kimi, yaradıcı təşkilatlara da qayğı göstərilir, onların maddi-texniki bazaları gücləndirilir. Ali Məclis Sədrinin 2019-cu il 20 may tarixli Sərəncamı ilə muxtar respublikanın yaradıcılıq təşkilatlarına, o cümlədən Yazıçılar Birliyinə maddi vəsaitin ayrılması bunu bir daha təsdiq edir. Təbii ki, yaradılan şərait, göstərilən qayğının bir səbəbi vardır: o da Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttidir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı ilə təltif olunanlardan Əlövsət Baxşıyev, Kərəm Mustafayev, Ülkər Bayramova, İsmayıl Hacıyev, Sahil Tahirli, Ramilə Seyidova, Bəxtiyar Əsgərov, Əli Quliyev, Saleh Məhərrəmov, Elbrus İsayev, Aidə Allahverdiyeva, Hüseyn Niftəliyev, Yaşar Xəlilov, Firudin Süleymanov, Tofiq Abutalıbov, Vəli Baxşəliyev və Şirzad Abutalıbov da göstərilən yüksək etimada görə minnətdarlıq ediblər.

Şirzad Abutalıbov deyib: Naxçıvanda yaşamaq da, işləmək də çox rahatdır. Mən 16 yaşımdan etibarən Naxçıvan teatrında fəaliyyət göstərirəm. Bu gün Naxçıvan teatrı inkişaf edir. Yaradıcılıq imkanlarının genişləndirilməsi, sənət adamlarının hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasını hər zaman hiss edirik. Dövlət qayğısı, yaradılan şərait daha da səmərəli işləməyə imkan verir. Fəxr edirik ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt bu gün ölkəmizi, doğma Naxçıvanımızı daha böyük zirvələrə aparır.

Azərbaycan Respublikasının medalları ilə təltif olunanlardan Fikrət Əhmədov, Rauf Cəfərov, Fəxrəddin Məmmədov, Məcid Seyidov, Ülvi Hüseynli və Mehman Gülməmmədov da minnətdarlıqlarını bildirib, bundan sonra daha səylə çalışacaqlarına və göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə idman sahəsi üzrə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Rafiq Hüseynlinin, təhsil sahəsi üzrə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Siyavuş Bağırovun və incəsənət sahəsi üzrə Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Duyqu Əliyevanın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Ali Məclisin Sədri təqaüd kartlarını gənc istedadlara təqdim edib.

Təqaüdçü gənc Siyavuş Bağırov minnətdarlıq edərək deyib: Ali Məclis Sədrinin Sərəncamı ilə muxtar respublikada xüsusi istedada malik 3 gəncin adının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınması və onların aylıq təqaüdə layiq görülməsi muxtar respublikada təhsilə göstərilən diqqətin bariz nümunəsidir. Əgər 1970-1980-ci illərdə Azərbaycan keçmiş SSRİ tərkibində təhsil sahəsi üzrə ön sıralarda idisə, hazırda Naxçıvan Muxtar Respublikası da təhsilin inkişafı sahəsində Qafqazda ilk yerlərdədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası muxtar respublikada uğurla davam etdirilir. Söz verirəm ki, üzərimə düşən məsuliyyəti dərindən dərk edəcək, yaradılan şəraitdən istifadə edərək yüksək nəticə ilə ali məktəbə qəbul olacağam. Siyavuş Bağırov muxtar respublika gəncləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub