DÜNYA


Avstraliya yayım şirkəti iki jurnalistin barmaq izlərinin götürülməsinə etirazını bildirib

Tokio, 16 iyul, AZƏRTAC 

Avstraliya Yayım Şirkəti (ABC) federal polisin iki jurnalistin barmaq izlərinin götürülməsi barədə xahişinə etiraz edib.

AZƏRTAC xəbər verir ki, polisin xahişi Avstraliya silahlı qüvvələrinin Əfqanıstanda fəaliyyəti ilə bağlı məxfi sənədlərin yayılmasında həmin jurnalistlərin adının hallanması ilə əlaqələndirilir. Həmin sənədlər əsasında ABC ictimai korporasiyası əfqan mülki şəxslərin Avstraliya kontingenti tərəfindən qətlə yetirilməsi barədə məlumatlar yayıb.

Avstraliya federal polisi məxfi informasiyanın yayılması ilə bağlı ötən ay korporasiyanın mənzil-qərargahında axtarış aparıb. Polisin hadisə ilə bağlı informasiyaların yayılmasında iki jurnalistdən şübhələndiyi güman edilir.

ABC-nin bildirdiyinə görə, federal polis cari ilin aprelində həmin jurnalistlərə elektron məktub göndərərək, onlardan barmaqlarının və ovuclarının izlərinin götürülməsinə şərait yaratmalarını xahiş edib. Həmin məktubda bu iki jurnalistin cinayət törədərək qeyri-qanuni yolla informasiya əldə etməsinə eyham vurulur.

ABC-də axtarış aparılması barədə orderin ölkə Konstitusiyasına zidd olduğunu bildirən korporasiya rəhbərliyi federal polisə qarşı məhkəmə iddiası irəli sürüb. Korporasiyadan bildiriblər ki, bu, azad sözə qarşı hücumdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.