REGİONLAR


“Azəriqaz”: 350-dək qaz sayğacı yenilənib

Bakı, 17 iyul, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi 350-dək qaz sayğacını yenisi ilə əvəzləyib.

Birlikdən AZƏRTAC-a bildirilib ki, Şəmkir Regional Qaz İstismarı İdarəsi üzrə 202 sayğaca baxış keçirilib, 138 sayğac yenisi ilə əvəzlənib. Tərtər Regional Qaz İstismarı İdarəsi üzrə ötən gündə 181 sayğaca baxış keçirilib və onlardan 48-i yenisi ilə əvəz olunub. Salyan Regional Qaz İstismarı İdarəsi üzrə 58 sayğac yenisi ilə əvəzlənib. Bunlardan 20-si istismar müddəti bitdiyi üçün yenilənib. Sumqayıt Qaz İstismarı İdarəsi üzrə isə 104 sayğac yenisi ilə əvəzlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.