DÜNYA


Türkiyədə terror təşkilatına maddi dəstək verən altı nəfər həbs olunub

İstanbul, 18 iyul, AZƏRTAC 

Türkiyənin Tunceli və İzmir şəhərlərində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində on nəfər terror təşkilatı ilə əməkdaşlıq etməkdə şübhəli qismində saxlanılıb.

AZƏRTAC xəbər verir ki, hakim qarşısına çıxarılan müttəhimlərdən altısı həbs olunub. Onlardan biri məhkəmə nəzarətinə alınıb, üç nəfər isə sərbəst buraxılıb.

Tunceli Prokurorluğundan verilən məlumatda həbs olunanların terror təşkilatına maddi dəstək verdiyi bildirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.