İranın hərbi gəmiləri Bakıya gəlib VİDEO
Bakı, 30 iyul, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəlib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Dəniz Kuboku” müsabiqəsi avqustun 3-17-də keçiriləcək.